Ceyhun Bayramov gürcü həmkarı ilə görüş keçirdi - YENİLƏNİB - FOTO

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan bu görüşdə nazirlər öncə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparıblar.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov mövcud səfərin iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əlverişli imkan yaratdığını qeyd edib.

Ölkələr arasında mövcud olan möhkəm tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Nazir David Zalkaliani qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Gürcüstan Baş naziri ilə Azərbaycan Respublikası Prezidenti arasında olduqca məhsuldar görüşün keçirildiyini qeyd edən nazir Zalkaliani, ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə dərinləşdirilməsinin əhəmiyyətini bildirib.


O, Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə vurğulayıb, öz növbəsində Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi xüsusilə qeyd edib.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.

Nazirlər mövcud yeni reallıqlar fövqündə qarşılıqlı fəaliyyətin uyğunlaşdırılmasının önəmini qeyd ediblər.
 

Tərəflər, həmçinin ikitərəfli gündəliyə daxil olan məsələlər, o cümlədən iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.


Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani arasında geniştərkibli görüş keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhfəsində məlumat yerləşdirilib.

***

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun gürcüstanlı həmkarı David Zalkaliani arasında təkbətək görüş başlayıb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Kişi arvadını döydü - Pişik saxlayırmış

Kişi arvadını döydü - Pişik saxlayırmış

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

Kişi həyat yoldaşını dayanacaqda döydü

Kişi həyat yoldaşını dayanacaqda döydü

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Bu gecə niyyət axşamıdır - FOTO

Bu gecə niyyət axşamıdır - FOTO

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

“Arsenal”ın skautları Bakıya GƏLDİ

“Arsenal”ın skautları Bakıya GƏLDİ

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

Rusiyada hərbi zavod VURULDU - VİDEO

Rusiyada hərbi zavod VURULDU - VİDEO

End of content

No more pages to load

RADİO