Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

Rusiya-Ukrayna müharibəsində ən çox ziyan görən şəhərlərdən biri də Odessadır. Ukraynanın bu şəhəri və onun vilayəti son aylar demək olar ki, hər gün kütləvi hava hücumlarına məruz qalır. Ən çox zərər çəkən, həlak olan və xəsarət alanlar isə dinc sakinlərdir.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın xüsusi müxbiri Emil Hüseynli Odessaya yollanaraq, şəhərdə Rusiya ordusunun yaşayış binalarına və enerji infrastrukturuna endirdiyi son hava zərbələri ilə bağlı reportaj hazırlayıb.

Şəhərə dəfələrlə ballistik və qanadlı raketlərlə, zərbə dronları ilə həyata keçirilən hava hücumları nəticəsində Odessada dağıdılan mülki obyektlərin sayı kifayət qədər çoxdur. Hərbi obyektlərin olmadığı yaşayış məntəqələri belə dron və raket hücumlarına məruz qalıb.

Hər an həyatımızı itirməklə üz-üzəyik

Hava zərbəsi nəticəsində Odessada bir hissəsi tamamilə uçan yaşayış binasının sakini Olqa Popeskul AZƏRTAC-a açıqlamasında bildirib ki, dağılan binanın üçüncü mərtəbəsində yerləşən, divarın bir hissəsinin olmadığı mənzil ona məxsusdur.
 

“Hava zərbəsi zamanı uşağımla birlikdə dəhlizdə gizləndik, həmin an dronun zərbəsi qonşunun divarını uçurdu. Biz çox ciddi stres yaşadıq. Hər dəfə narahatlıq bizi bürüdükdə dəhşətə gəlir və sığınacaq axtarırıq. Bu anları təsvir etmək belə mümkünsüzdür. Hər kəs bunu özü yaşamalıdır və o zaman həyatlarını itirmək təhlükəsi ilə üzləşməyin necə ağır olduğunu başa düşəcəklər”, - deyə Odessa sakini əlavə edib.


Olqa danışa-danışa qəhər işində boğulurdu: "Bu uşaqlar boş yerə ölürlər. Kaş ki, bu müharibə bitəydi və problem daha tez həll edilərdi. Çünki çox şey var, insan qəbiristanlığa gedəndə və orada uyuyan uşaqları görəndə dəhşətə gəlir. Hansı ki, o uşaqlar torpağın altında yox, ailəsi - atası, anası, bacısı, qardaşı ilə birlikdə olmalı idilər. Bu, həqiqətən də ağrılıdır."

Qeyd edək ki, sözügedən binanın dağıntıları altından 4 sakinin cəsədi çıxarılıb.

Odessanın mərkəzindəki bazar bombalanıb

Bu günlərdə endirilən hava zərbəsi nəticəsində şəhərin mərkəzi hissəsində yerləşən “Çeryomuşki” bazarının böyük bir hissəsi tamamilə dağılıb. Hazırda bazar dağıntıların əmələ gətirdiyi tullantılardan təmizlənir. Kiçik sahibkarlar və işsiz qalan satıcılar hərbi və strateji obyekt hesab olunmayan bazarın bombalanmasını ədalətsiz hesab edirlər.

Bazarda yanaraq kül olan obyektin satıcısı Andrey Kravçenko AZƏRTAC-a bildirib ki, insanlar bazarda yalnız ticarət edir və işləyirdilər: “Ruslar onlara heç bir zərər verməyən bir bazarı bombaladılar. Burada strateji obyekt yox idi. İnsanlar sadəcə işləyirdilər”.

Enerji infrastrukturu hədəfdədir

Odessa şəhərinə edilən hava hücumları zamanı əsas hədəflərdən biri də enerji infrastrukturu olub. Bir neçə gün öncə endirilən hava zərbəsi nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb. Energetiklər bu infrastrukturun bərpası üçün gecə-gündüz işləyirlər.

Ötən ilin oktyabrından indiyədək Odessa şəhəri və vilayəti sıradan çıxan enerji obyektlərinin sayına görə digər bölgələrdən fərqlənir.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO