Supergüclər arasında müharibə Ayda başlayır - ABŞ, Çin və Rusiya “kosmik rinq”də

29 aprel tarixində Çin Xalq Respublikası Yerin orbitində yeni kosmik stansiyanın qurulması məqsədi ilə ilk uçuşu həyata keçirib. “Tienhı” adlanan və 16 metr uzunluğa malik kapsul artıq kosmosa göndərilib. Daha sonra kosmik stansiyanın tamamlanması üçün digər hissələrin də orbitə çıxarılması nəzərdə tutulur Çin Kosmik Agentliyi bu prosesin 2022-ci ilə qədər yekunlaşacağını və bu tarixdən etibarən Çin Kosmik Stansiyasının fəaliyyətə başlayacağını bildirir.

Əməkdaşlıq sona çatır, kosmik yarış başlayır?

Qeyd edək ki, Yerin orbitində hazırda yalnız bir stansiya, “Beynəlxalq Kosmik Stansiya” fəaliyyət göstərir. ABŞ, Avropa ölkələri, Rusiya, Kanada  və Yaponiyanın daxil olduğu bu ortaq layihə uzun müddətdir ki, Yerin orbitində öz fəaliyyətini davam etdirir. Lakin 150 milyard dollara başa gələn kosmik stansiyanın istismar müddəti artıq bitib və 2024-cü ildə fəaliyyətini tamamilə dayandıracaq. Layihədə iştirak edən dövlətlər də indiki halda yeni beynəlxalq stansiyanın qurulmasında elə də maraqlı görünmür.

Digər tərəfdən hər nə qədər “Beynəlxalq Kosmik Stansiya” adlandırılsa da Çin bu layihdə təmsil olunmur.

Daha doğrusu 2011-ci ildən etibarən Çinin stansiyada təmsil olunmasına birbaşa ABŞ tərəfindən qadağa qoyulub. Səbəb isə Çinin NASA-ya qarşı cəsusluq fəaliyyətləri həyata keçirməsi və kosmosun hərbiləşdirilməsi istiqamətindəki fəaliyyətləri göstərilir. Məhz bu səbəblə də Çin özünün xüsusi stansiyasını inşa etməyə qərar verdiyini elan edib.

Lakin Çinin kosmik hədəfləri sadəcə stansiya ilə yekunlaşmır. Son illərdə Ayın qaranlıq tərəfinə elektron cihazlar göndərən Çin burada xüsusi tədqiqatlar apardığını və gələcəkdə stansiya inşa etmək hədəflərinin olduğunu açıq şəkildə bəyan edir. Bu prosesdə Çinin ən böyük ortağı isə Rusiyadır. Rusiya da bir müddətdir ki, Beynəlxalq Kosmik Stansiya layihəsindən ayrılacağını və müstəqil kosmik stansiya yaradacağını qeyd edir.

“Star Wars” reallaşa bilərmi?

Ciddi elmi naliyyət kimi görünməsinə baxmayaraq kosmik sahədə baş verən bu hərəkətlilik özülüyündə bir sıra təhlükələri də doğurur. İlk öncə onu xatırladaq ki, kosmosda hər hansı dövlətin haqq elan etməsi və kosmosun silahlandırılması qadağandır. Lakin bu kosmosun dünya dövlətlərinin ortaq fəaliyyət sahəsi olduğu müddətcə keçərli idi. Beynəlxalq Kosmik Stansiya da məhz bu əməkdaşlığın bir örnəyi idi. 

Hazırda ABŞ və Rusiya dünyada nə qədər rəqabət içərisində olsalar da, Kosmik stansiyada etibarlı tərəfdaşdır. Uzun illərdir ki, ABŞ əsas kosmik yükləri məhz “Baykanur” Rus kosmodromu vasitəsilə həyata keçirirdi. Lakin artıq bir ilə yaxındır ki, NASA rəsmi olaraq Rus istehsalı raketlərdən istifadə etməyəcəyini, kosmik yüklərin ABŞ özəl şirkətləri tərəfindən daşınacağını elan edib.

Çinin yeni stansiya fəaliyyətləri, ABŞ-ın Rusiya ilə birgə fəaliyyətdən imtina etməsi və Beynəlxalq Kosmik Stansiyanın fəaliyyətini dayandırması kosmosda beynəxalq əməkdaşlığın sona çatmasının göstəricisidir. Artıq böyük dövlətlər fərdi olaraq kosmik fəaliyyətlərini davam etdirməkdə maraqlıdır.

Çünki Kosmos sadəcə elmi tədqiqat sahəsi olmaqdan əlavə, həm də ciddi enerji qaynağıdır. 

Yeni enerji mənbələri qazanmaq istiqamətindəki fəaliyyətlər Kosmosu insanlığın ümumi mənafe sahəsi yox, ayrı-ayrı dövlətlərin maraq sahəsinə çevirilməsi ilə nəticələnə bilər. ABŞ, Rusiya və Çinin fərqli maraqlarının olduğu nəzərə aldığımızda kosmik yarışın sürətlənəcəyini və bu dəfə daha ciddi şəkil alacağını demək mümkündür.

Kosmosda maraqların toqquşması qarşıdurmaları və bu da öz növbəsində kosmosun hərbiləşdirilməsini bərabərində gətirəcək. Dünyadakı münaqişələr və rəqabət oxşar qaydada kosmik sferaya inteqrasiya olunacaq. Bunun insanlığa nə dərəcədə zərər vuracağı isə təxmin etmək elə də çətin deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA “Benfika” – “Real Madrid” oyunundakı insidenti araşdırmağa başladı

UEFA “Benfika” – “Real Madrid” oyunundakı insidenti araşdırmağa başladı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Kişi arvadını döydü - Pişik saxlayırmış

Kişi arvadını döydü - Pişik saxlayırmış

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

Kişi həyat yoldaşını dayanacaqda döydü

Kişi həyat yoldaşını dayanacaqda döydü

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Bu gecə niyyət axşamıdır - FOTO

Bu gecə niyyət axşamıdır - FOTO

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

“Arsenal”ın skautları Bakıya GƏLDİ

“Arsenal”ın skautları Bakıya GƏLDİ

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO