Müharibənin sabah Ermənistan ərazisində başlamayacağına heç kim zəmanət vermir - “Moskovskiy komsomolets” yazır

Ermənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar.

Bizim.Media xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” nəşrində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğu 30 il ərzində sakit və bolluq illərini barmaqla saymaq olar.

1990-cı illərin əvvəllərində Ermənistan əhalisinin sayı 3,5 milyon nəfər olduğu halda hazırda əhalinin sayı 2,9 milyon nəfərədək azalıb.

Respublika sakinlərindən Gevorq adlı biri məqalə müəllifi ilə söhbətində bildirir ki, Qarabağ uğrunda müharibədə məğlubiyyətdən sonra mal-qara sahiblərinin əksəriyyəti narahatlıq keçirir, çünki mal-qaranı otarmağa yer olmadığından onlar tələf olur. Əvvəllər bunu Qarabağda edirdilər, indi Ermənistanda hər şey bahalaşıb.

Ermənistanın əməkqabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına məcbur olub. Məsələn, respublikanın Şirak vilayətində kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqları tərbiyə etmək və ev-eşiyə baxmaqdan ötrü qalırlar. Ailələr qışda 2-3 aylığa bir araya gəlir, muzdla çalışan ailə başçıları Yeni ili və uşaqların qış tətilini onlarla birgə keçirirlər. Fevralın sonlarında onlar yenidən Rusiyaya qayıdırlar. Bax beləcə təqribən 500 min erməni “səyahət edir”.

Yerevanda və şəhərətrafı zonada yaşayan sakinlərlə söhbətdən sonra məqalə müəllifi belə qənaətə gəlib ki, bu insanların həyat səviyyəsinin “orta həddən aşağı” kimi müəyyən etmək mümkündür.

Müəllif yazır: “Məsələn, kəndlərdə sürüşmə zonalarında yaşayan erməniləri görmək olar, çünki həmin yerlərdə torpaq məhsuldardır. Hər neçə ildən bir təbii fəlakət onların evini dağıdır, onlar isə yenə də həmin yerlərdə ev tikirlər. Çünki acından ölməmək və hansısa ehtiyatı tutmaqdan ötrü öz sahələrində kifayət qədər məhsul yetirşdirmək mümkündür”.

Moskvadan Yerevana köçən Anna qəzetin müxbiri ilə söhbətində bildirib ki, əvvəllər o, oğlunu orduya xidmətə göndərməyi planlaşdırırdı. İndi isə o başa düşmür ki, İkinci Qarabağ müharibəsində insanlar nədən ötrü həlak olub. Anna deyib:

“Ölkə kiçikdir və sən daim elə hisslə yaşayırsan ki, sabah müharibənin artıq Ermənistan ərazisində başlana biləcəyinə heç kim zəmanət verməyəcək”.

Məqalədə deyilir ki, ölkədə məmur özbaşınalığı ilə bağlı böyük problem yaşanır. İş o yerə çatıb ki, hətta Qarabağa könüllü döyüşə yollananlar dövlətdən yardım ala bilmirlər, çünki onların statusu qanunda nəzərdə tutulmayıb. Müvafiq olaraq, onlar müalicə xərclərini özləri çəkir və Ermənistandakı sosial-iqtisadi vəziyyət nəzərə alınarsa, bu, həddən artıq çətin başa gəlir.
Müəllif daha sonra yazır ki, yerli sakinlərin fikrincə, ölkədə korrupsiya baş alıb gedir.

Məsələn, Yerevan sakini Vaqan deyir: “Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yalnız ilk bir neçə ay ərzində korrupsiya azaldı.

Sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Təkcə yol polisləri rüşvət götürmür... Düzdür, onlar ümumiyyətlə bir iş görmürlər – yollarda hərc-mərclikdir. Belə ki, hər kəs rüşvət alır: vergi, gömrük, şəhər hakimiyyət orqanları... Əsasən, necə deyərlər, “işləri tezləşdirmək” üçün pul alırlar, lakin bizdə yuxarı dairələrdə də korrupsiya qalmaqalları az deyil”. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA “Benfika” – “Real Madrid” oyunundakı insidenti araşdırmağa başladı

UEFA “Benfika” – “Real Madrid” oyunundakı insidenti araşdırmağa başladı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Kişi arvadını döydü - Pişik saxlayırmış

Kişi arvadını döydü - Pişik saxlayırmış

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

Kişi həyat yoldaşını dayanacaqda döydü

Kişi həyat yoldaşını dayanacaqda döydü

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Bu gecə niyyət axşamıdır - FOTO

Bu gecə niyyət axşamıdır - FOTO

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

“Arsenal”ın skautları Bakıya GƏLDİ

“Arsenal”ın skautları Bakıya GƏLDİ

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO