Prezident və Birinci xanım Botanika İnstitutunun yeni binasının açılışında - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verib. 

Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur.

Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir.

Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir.

Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur. 

Eyni zamanda, Mərkəzi Nəbatat Bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik aypara şəkilli inzibati binası da əsaslı təmir edilib. 

Mərkəzi Nəbatat Bağı ərazisində tikintisi davam etdirilən müasir tipli oranjereyaya da baxış keçirildi. Bildirildi ki, oranjereyanın eni 19, uzunluğu 47, hündürlüyü isə 15 metrdir. Daxilində yerdən 3 metr hündür körpü və hər iki qapını birləşdirən piyada yolu var. Oranjereya müasir tipli isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək. 

Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmağa başlayıb. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bitki biomüxtəlifliyinin qorunması və səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir.

Mərkəzi Nəbatat Bağında yenidənqurma işləri məhz Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib. 

Hazırda Mərkəzi Nəbatat Bağında “Bitki ekologiyası”, “Dekorativ bitkilərin introduksiyası və seleksiyası”, “Qida və dərman bitkilərinin biokimyası”, “Oduncaqlı bitkilər”, “Tropik və subtropik bitkilər” laboratoriyaları ilə yanaşı, “Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması”, “Bioloji kolleksiyalar”, “Bağçılıq və landşaft quruculuğu”, “Təchizat və xidmət” və digər şöbələr fəaliyyət göstərir. 

Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir. 
Botanika İnstitutu bu il COP15-də təsis olunmuş “Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı”na (BCAA-Biodiversity Conservation Alliance for Arid Land) üzv seçilib. 
 



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Fransada anomal istilər tarixi rekordu yenilədi

Fransada anomal istilər tarixi rekordu yenilədi

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

End of content

No more pages to load

RADİO