Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu COP29-da birgə tədbirlərin keçirilməsini TƏKLİF ETDİ

Energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra arasında görüş olub.

Bizim.Media Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Aİ-nin enerji tərəfdaşlığı və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Komissar Vopke Hoekstra Aİ-nin Azərbaycanla enerji sahəsində mövcud olan strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq faydalı və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Bərpaolunan enerjinin Avropaya tədarükünü təmin edəcək və Azərbaycanı, Gürcüstan, Rumıniya və Macarıstanla əlaqələndirəcək yaşıl enerji dəhlizi üzrə tərəfdaşlığa Aİ-nin önəm verdiyini diqqətə çatdırıb. Komissar enerji keçidi üzrə Azərbaycanın hazırkı fəaliyyəti və COP29-un gündəliyindəki enerji ilə bağlı prioritetlərlə maraqlanıb və ölkəmizlə bu xüsusda əməkdaşlığa dəstəyini ifadə edib.

Energetika naziri Pərviz Şahbazov ölkəmizin hazırda Aİ ilə enerji əməkdaşlığının təbii qazla yanaşı, bərpaolunan enerji, enerji səmərəliliyi, hidrogen və metan emissiyalarının azaldılması ilə bağlı geniş əməkdaşlıq gündəliyinin olduğunu qeyd edərək, Azərbaycanın Avropanın enerji təchizatındakı gələcək rolununun yaşıl enerji ilə genişlənəcəyini, bu istiqamətdə müxtəlif istiqamətlərdə həyata keçirilən yaşıl enerji dəhlizlərinin əhəmiyyətini diqqətə çatdırıb. 

Nazir COP29-un milli səviyyədə yaşıl enerji keçidi üzrə prosesləri sürətləndirməklə bərabər Azərbaycanın təşəbbüsləri və geniş məzmunlu enerji fəaliyyət gündəliyi ilə qlobal məqsədlərə töhfə verəcək platforma olacağını bildirib.

Bu xüsusda, yaşıl enerji dəhliz və zonaları, bərpaolunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan kabelləri (HVDC) üzrə qlobal əməkdaşlığın vacibliyi qeyd olunub.

Söhbət zamanı Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (DG ENER) COP zamanı birgə tədbirlərin keçirilməsi təklifləri də nəzərdən keçirilib, BƏƏ Konsensusunun irəliyə aparılmasında və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanla sıx əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

End of content

No more pages to load

RADİO