Polis Akademiyasının Bayrağının təsviri dəyişdirildi - Prezidentdən FƏRMAN

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri"ndə dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzlaayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri" aşağıdakı redaksiyada verilir:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 160 sm, eni 80 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir.

Qumaşın üz tərəfi "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri ilə eynidir, lakin mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN UĞRUNDA" sözləri yazılır. Yazıdakı hərflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir.

Qumaşın arxa tərəfində mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ", yaşıl zolağın ortasında "POLİS AKADEMİYASI" sözləri, qırmızı zolağın ortasında isə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri"nin tələblərinə uyğun hündürlüyü 35 sm olan Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi tikilir. Yazılardakı hərflərin hündürlüyü 4,5 sm, eni 3,4 sm-dir.

Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.

Dəstək tünd qəhvəyi boya ilə rənglənir və laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var. Qaytanın uzunluğu 200-210 sm-dir".

Həmçinin dəyişikliklə “Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə”nin 3-cü hissəsinə “formasında” sözündən sonra “, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağında” sözləri əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

End of content

No more pages to load

RADİO