Korotçenko: “Ermənistan KTMT-dən çıxsa, Paşinyanı faciəvi sonluq gözləyir” – MÜSAHİBƏ

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT və Rusiya ilə bağlı ritorikalarını yenidən artırıb. Bununla paralel Qərblə yaxınlaşmaq üçün rəsmi İrəvan yeni cəhdlər edir.

Bütün bu proseslər Ermənistana yaxın perspektivdə nə vəd edir? 

Bu və digər suallara cavab almaq Bizim.Media Xəzər(Rusiya) Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko ilə həmsöhbət olub. 

Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç, Paşinyan yenidən KTMT ilə bağlı sərt bəyanatlar verir. Sizcə  Rusiyanın bu açıqlamalara münasibəti necə olacaq?

- Müşahidələr göstərir ki, Rusiya Ermənistanın qeyri-dost açıqlamalarına və addımlarına soyuqqanlılıq göstərir. Xüsusən də, Paşinyanın KTMT-dən yaxın zamanda çıxacaqları barədə bəyanatına rəsmi Moskva ciddi reaksiya vermədi. Siyasi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu sakitlik Kremlin Paşinyana öz məsuliyyətsiz çıxışlarına və Rusiyaya qarşı qeyri-dost münasibət bəsləməsinə yenidən baxmaq şansı verir. Yəqin ki, Rusiya rəsmiləri hesab edir ki, Ermənistanın siyasi rəhbərliyi öz məsuliyyətini lazımınca dərk etmir. Ona görə də hələlik qəti və son söz deyilmir. Əgər hadisələr bu cür inkişaf edərsə və Ermənistan KTMT-dən çıxmaq barədə qəti qərar verərsə, o zaman Paşinyan özünü güllə qabağına atmış olacaq. 

- Paşinyanın Belarus və prezident Aleksandr Lukaşenko haqqında son açıqlamaları barədə nə deyə bilərsiniz?

- Bəri başdan deyim ki, Paşinyanın Belarus və onun prezidenti Aleksandr Lukaşenko haqqında məsuliyyətsiz fikirləri heç bir etiket qaydalarına sığmır. Xüsusən də, onun “nə qədər ki, Lukaşenko Belarusun prezidentidir, nə mən, nə də Ermənistanın hər hansı bir rəsmisi Minskə ayaq basacaq” təhdidi artıq bütün sərhədləri aşdı. Yəqin ki, bu cavabsız qalmayacaq…

- Rəsmi İrəvan yenidən Qərbə üz tutdu…

- Bəli, Paşinyanın öz komandasına Qərblə münasibətləri daha dərinləşdirmək haqqında göstərişi və ABŞ-la strateji tərəfdaşlıq qurmaq cəhdləri  göstərir ki, rəsmi İrəvan Qərbin Ermənistanın gündəlik həyatında iştirakında çox maraqlıdır. Bu isə təkcə Ermənistanı yox, bütövlükdə Qafqazı narahat edəcək məsələdir. Belə vəziyyətə əsas sual odur ki, Paşinyanı ən son xətasından çəkindirmək üçün nə etmək lazımdır? Məncə, Paşinyanın son səhvi isə həm KTMT-yə, həm də Rusiyaya qarşı münasibətdəki hər hansı bir məsuliyyətsiz hərəkəti ola bilər. 

- Ermənistan KTMT-dən çıxarsa, hansı reallıqla üz-üzə qalacaq?

- Hazırda bu məsələ ilə bağlı bir çox suallar açıq qalır. Amma dəqiq bilinən bir məsələ var ki, əgər Ermənistan KTMT-dən çıxsa və Rusiya ilə hərbi əməkdaşlığı dayanıdırsa, onda bu Paşinyanın faciəvi siyasi sonu ola bilər. Paşinyan unudur ki, İrəvanın küçələrində hər gün minlərlə revanşist etiraz mitinqi keçirir. Ona görə də Paşinyan növbəti səhvi Ermənistanda vətəndaş qırğınına və müharibəyə səbəb olar. Bu müharibə isə Ermənistanin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxarar. Ən az itki isə Zəngəzurun Ermənistandan ayrılması ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

End of content

No more pages to load

RADİO