Sahibə Qafarova belaruslu həmkarını Qarabağda yenidənqurma işləri barədə MƏLUMATLANDIRIB

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi qiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər intensivlik müşahidə olunub.

Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Baş nazirinin Belarusa səfəri, həmçinin Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis sədrinin Belarusa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına çox mühüm töhfələr verməklə yanaşı, əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu xüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının əlaqələrimizin genişləndirilməsinə dair tapşırıqları müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Belarus Respublikasına 2018-ci ildə həyata keçirilən rəsmi səfəri, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfəri və bu səfərlər zamanı imzalanmış sənədlər münasibətlərimizə xüsusi təkan verib.

Xatırladılıb ki, bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi əsaslar yaradıb.

Baş nazir Roman Qolovçenko, parlamentlərimiz arasında da əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Milli Məclis sədrinin bu səfərinin əlaqələrin parlament ölçüsündə daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib.

Bildirilib ki, səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrinə dair fikir mübadiləsi aparılıb. O cümlədən, qanunvericilik sahəsində münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı faydalı müzakirələr olub.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrə daha da böyük töhfə vermək üçün qanunvericilik sahəsində birgə fəaliyyət, o cümlədən parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədəuyğundur.

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər barədə qarşı tərəfə məlumat verən Milli Məclisin sədri deyib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ölkənin iqtisadi-sosial inkişafının əsasları formalaşdırılıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Hazırda isə Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edir.

Baş nazir Roman Qolovçenko da deyib ki, Azərbaycan müstəqillik dövründə möhtəşəm inkişaf yolu keçib.
Söhbət zamanı spiker Sahibə Qafarova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bu işlərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğu, bərpa olunan enerji mənbələrindən istifadə edildiyi diqqətə çatdırılıb.

Bərpa işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Görüşdə vurğulanıb ki, Azərbaycanla Belarus arasında iqtisadi-ticari sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, kənd təsərrüfatı, emal sənayesi və bir sıra digər sahələrdə daha da yüksək nəticələr əldə etmək üçün yaxşı imkanlar mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

End of content

No more pages to load

RADİO