Türkiyə cəmiyyətində Azərbaycanı nüfuzdan salmaq PLANI – SOCAR-ın binasına hücumu kim TƏŞKİL EDİB?

Xəbər verildiyi kimi, mayın 1-də bir qrup şəxs SOCAR-ın Türkiyə ofisi qarşısında etiraz aksiyası keçirib. Etirazçılar SOCAR-ın İsrailə neft satmasına qarşı olduqlarını bildiriblər. İcazəsiz keçirilən aksiyada bəzi pozucu qüvvələr etirazçıları ofisə girməyə təşviq edib. Nəticədə etirazçılar zorla binaya soxulublar. Ofis avadanlıqlarına ciddi ziyan vurulub, divarlar qırmızıya boyanılıb. Yayılan məlumatlara görə, aksiya iştirakçıları ərəb mənşəli şəxslərdir.

Bu “aksiya” kimlərin işinə yarayır?

İlk baxışdan bu olay sıradan bir etiraz aksiyası kimi görünə bilər. Amma məsələyə daha dərindən nəzər salanda aydın olur ki, bu aksiya çirkin və qorxunc planların bir parçasıdır.

Əvvəla onu qeyd edək ki, Qəzza bölgəsində davam edən müharibə aysberqin görünən tərəfidir. Bu münaqişəni başladanlar və uzun müddət davam etməsini istəyənlər təkcə Fələstinlə İsraili üz-üzə qoymurlar, həm də region dövlətlərinin bu münaqişənin bir parçası olmasına çalışırlar.

Yaxın Şərqdə böyük və uzun müddətli müharibə üçün planın bəzi konturları artıq görünür. Görünən isə odur ki, Fələstinlə İsraili formal olaraq üz-üzə qoyanlar əslində üçüncü ölkələri müharibəyə cəlb etmək istəyirlər. Münaqişəyə cəlb olunması istənən ölkələrdən biri də Türkiyədir. Əsas hədəf isə odur ki, bölgədə xaos yaransın və bölgə ölkələri bir-birinə cəbhə açsınlar. 

SOCAR birbaşa heç bir ölkəyə neft satmır.

SOCAR İsrailə neft satması ilə bağlı iddialar da tamamilə əsassızdır. Çünki neft sahəsinə az-çox bələd olanlar yaxşı bilir ki, qlobal neft bazarında bütün şirkətlər mallarını “trader” şirkətlərə satırlar. “Trader”lərin nefti sonradan kimə satdığına şirkətlər heç cür nəzarət edə bilmirlər. Bu adi biznes prodsedurudur. 

Məsələn, bu ilin yanvarında İran ordusunun Hərbi Dəniz Qüvvələri Oman dənizində Yunanıstana məxsus “St.Nikolas” adlı neft tankerini ələ keçirdi. Bu tanker ABŞ-a məxsus neft məhsullarını daşıyırdı. Bundan daha əvvəlsə İran neftini daşıyan “Suez Rajan” tankeri Qırmızı dənizdə ABŞ tərəfindən saxlanılmışdı.

Bu iki olay qısa zamanda müəyyən səs-küy yaratsa da, sonradan neftin hansı ölkələrə aid olması ilə bağlı iddialar öz təsdiqini tapmadı. 

Yəni deməyimiz odur ki, bu gün qlobal bazarda hansı şirkətin hansı ölkənin neftini satdığını və yaxud hansı nəqliyyat vasitələrindən istifadə etdiyini müəyyən etmək olduqca çətin bir məsələdir. Bir çox hallarda üçüncü dövlətlər belə bundan bixəbər olurlar. Belə olan halda, sıravi vətəndaşların öz təşəbbüsləri ilə sözügedən məlumatları əldə etmələri tamamilə qeyri-mümkün görünür. 

Ona görə də kimlərinsə təhriki ilə Türkiyədə Azərbaycana qarşı təxribatçı iddiaların irəli sürülməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan öz neft məhsullarını beynəlxalq birjalarda müəyən edilmiş qiymətlərlə dünyanın aparıcı “trader”lərinə satır. 

Sonrakı proseslərsə satıcı şirkət olaraq SOCAR üçün o qədər də maraq kəsb etmir. Əslində bu prosesə müdaxilə etmək də mümkün deyil. Çünki “trader” şirkətlər öz fəaliyyətlərini beynəlxalq qanunlara əsasən həyata keçirirlər. Üstəlik, İsrailə neft satışının qadağan edilməsi ilə bağlı hansısa beynəlxalq sanksiya yoxdur. Ona görə də SOCAR-ın “trader” şirkətlərə göstəriş vermək və qadağa qoymaq kimi bir səlahiyyəti yoxdur.

Bəs onda SOCAR-ın Türkiyədəki ofisinə basqında hədəf nədir?

Təbii ki, regional təhlükəsizliyi pozmaq istəyən qüvvələr bu təxribatın əsas təşkilatçılarıdır. Bu aksiya hesabına sifarişçilər ilk növbədə Türkiyə ilə Azərbaycan arasında tarix boyu bənzərinə rast gəlinməmiş birliyə zərbə vurmağı hədəfləyiblər. 

Məlumdur ki, Türkiyə İsrailin Fələstinə qarşı hücumlarını ən qəti şəkildə pisləyir və buna qarşı mübarizə aparır. Bunu görən maraqlı qüvvələr də bu faktdan istifadə edərək Azərbaycanla Türkiyə arasında inciklik yaratmaq istəyir. 

Halbuki, xarici siyasəti az çox bilən hər kəsə gün kimi aydındır ki, Azərbaycan Türkiyə beynəlxalq aləmdə oxşar mövqedən çıxış edirlər. İstanbulda hədəf alınan məkan isə Azərbaycan Dövlət Neft Şirkətinin binası idi.  

Yəni, SOCAR-ı İsrailə neft satmaqda ittiham etmək hüquqi olduğu qədər, siyasi baxımdan da reallıqdan uzaqdır. 

Bu təxribatın arxasında hansı güclər dayanır?

Aksiyanın bəhanəsinin İsrailə neft satmaq, əsas hədəfinin isə Azərbaycanın Türkiyədəki nüfuzuna zərbə endirmək olduğunu nəzərə alsaq, bu sualın cavabı çox sadədir:

İrana bağlı qüvvələr.

Hansı ki, Türkiyədə uzun illərdir kök salmış, İrana bağlı qruplaşmalar mövcuddur. Onların içərisində “Hizbullah” daha çox ön plana çıxır. Eyni zamanda, son dövrlərdə qardaş ölkədə HƏMAS-ın kök salmağa başladığı müşahidə olunur. 

Təxribatın arxasında birbaşa İran hökumətinin olması məsələsi isə real görünmür. Çünki son dövrlərdə İranın Azərbaycanla münasibətlərində bütün keçmiş problemlər aradan qalxıb. Eyni zamanda İran dövlət ərkanı belə bir təxribatın nəticə verməyəcəyini anlayacaq qədər siyasi təfəkkürə malikdir.

Belə olan halda SOCAR-ın İstanbul binasına hücumun İranyönümlü qüvvələrin özfəaliyyətinin nəticəsi olduğu şübhə doğurmur. 

Lakin bu cür təxribatların əsas məqsədinə çatması mümkünsüzdür. Çünki hazırki vəziyyətdə, qardaş ölkələr arasında bağların tarixdə ən yüksək səviyyəyə çatdığı bir vaxtda, belə bir təxribatla Türkiyə cəmiyyətinin nəzərində Azərbaycanı nüfuzdan salmaq tamamilə reallıqdan uzaqdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

End of content

No more pages to load

RADİO