“Metsamorda qəza baş verərsə, fəlakətin miqyasını təsəvvür etmək çətin olacaq” - ETSN

“1976-cı ildən köhnəlmiş texnologiya əsasında işləyən Metsamor AES-in fəaliyyəti seysmik zonada yerləşən bir obyekt kimi ətraf mühitə və insan sağlamlığına ciddi mənfi nəticələrə səbəb ola bilər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyası (Espoo Konvensiyası) üzrə milli əlaqələndirici Aysel Rzayeva Çernobıl faciəsinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Metsamor AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan "Metsamor" AES-in bağlanması üçün beynəlxalq təşkilatlara çağırış etdi


“AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır."

"Çünki Metsamor AES Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən 60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km məsafədə yerləşir”. 

Espoo Konvensiyası üzrə milli əlaqələndirici qeyd edib ki, Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanmışdı, lakin Ermənistan hökuməti enerji çatışmazlığını bəhanə gətirərək 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidinə baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib. 

“Hazırda Metsamor AES istismar müddətinin bitməsinə baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət etmədən daha artıq güclə fəaliyyət göstərir. Bu gün köhnə Sovet texnologiyası olan belə qoruyucusuz nüvə reaktorları çox az sayda qalmaqdadır.
 

Demək olar ki, Avropa ölkələrində 50-60-cı illərdə istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti 2015-ci ilədək dayandırılmışdı. Artıq 3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən başlayan ölkələr sırasında Yaponiya, Çin, BƏƏ və bu köhnə texnologiyalardan istifadə etmiş Rusiya da var.


Yeni nəsil reaktorlarda ekoloji səmərəli həllər, xüsusilə soyutma sistemində sudan imtina və əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin azadılması, eləcə də gücləndirilmiş texniki təhlükəsizlik standartları önəmlidir. 

Hazırda beynəlxalq texniki standartlara cavab verməyən Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı ekoloji təsirləri müəyyən etməkdə də ciddi narahatlıqlar yaradır.

Halbuki, bu sahədə geniş beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik standartlarının əsas baza prinsipi kimi şəffaflığın artırılmasının zəruriliyi barədə həyəcan təbili çalmışdır.

Təəssüf ki, bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində aparılmış tədqiqat nəticələri, AES-in texniki status göstəriciləri, eləcə də formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar açıqlanmır və onların aqibəti barədə dəqiq məlumatlar yoxdur”. 
 

Nazirlik əməkdaşı vurğulayıb ki, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir. 


​“Bu Konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır. 

​Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb”. 

​A.Rzayeva onu da qeyd edib ki, Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq təşkilatlar və region ölkələri tərəfindən potensial fəlakətin qarşısının alınması məqsədilə səylərin gücləndirilməsi və konkret addımların atılması artıq dərəcədə önəmlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

End of content

No more pages to load

RADİO