Ceyhun Bayramov Türkiyənin yeni səfirini qəbul etdi - FOTO

26 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcının etimadnaməsinin surətini qəbul edib. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Cahit Bağcını təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında mövcud olan sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib. 

Cahit Bagçının Azərbaycan üçün xüsusi bir dönəmdə səfir təyin olunduğunu qeyd edən nazir, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalın son qoyulduğunu və ərazilərimizin azad olunduğunu vurğulayaraq, bu xüsusda Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyin Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu növbəti dəfə sübut etdiyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin Azərbaycandakı səfiri vəzifəsinin icrasına başladı - FOTO


Münaqişə sonrası mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyəti üçün yeni dövrün başlandığı vurğulanıb. 

Nazir Ceyhun Bayramov, həmçinin qondarma soyqırımı mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını və bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb. 

Səfir Cahit Bağcı qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səmimi salamlarını nazirin diqqətinə çatdırıb. Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu qeyd edən səfir Cahit Bağçı, iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrinin bu xüsusda önəmli rolunu vurğulayıb.
 

Səfir kimi fəaliyyəti dövründə ikitərəfli əlaqələrin səviyyəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, üç, dörd və çoxtərəfli formatlarda da əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib. 


Nazir Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində uğurlar arzulayıb. 

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

End of content

No more pages to load

RADİO