Azərbaycanın İtaliyadakı səfiri erməni yalanlarını ifşa etdi

İtaliyanın kütləvi informasiya vasitələrində bu ölkədəki səfirimiz Məmməd Əhmədzadənin erməni tərəfinin Azərbaycana qarşı apardığı təxribatçı kampaniyaya - guya Azərbaycanda erməni müharibə əsirlərinin saxlanılması və onlarla pis rəftar olunması, işğaldan azad olunmuş ərazilərimizdə erməni xristian irsinin məhv edilməsi, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı cəfəng iddialarına qarşı çoxsaylı müsahibə və yazıları dərc olunub.

Bizim.Media xəbər verir ki, İtaliyanın “ByoBlu” televiziya kanalının “ByoBlu24” xəbərlər buraxılışında Ermənistanın İtaliyadakı səfirinin Azərbaycana qarşı yalan iddialarına cavab olaraq səfir Məmməd Əhmədzadə həmin proqramda çıxış edib.

İtaliyanın nüfuzlu “La Verità” və “Avvenire” qəzetlərində erməni mənşəli italyan yazıçısı Antonia Arslanın təşəbbüsü ilə bir qrup erməni və italyan mənşəli şəxsin Azərbaycana qarşı təxribatçı yazılarına münasibətdə diplomatımızın həmin qəzetlərin redaksiyalarına ünvanlandığı məktublar dərc olunub.

“Aci Stampa” nəşrində dərc olunan, münaqişə və hərbi əməliyyatlardan sonrakı vəziyyətlə bağlı erməni tərəfinin iddialarına əsaslanan məqaləyə cavab olaraq M.Əhmədzadənin həmin mətbuat orqanına göndərdiyi məktubu da işıq üzü görüb.

Ermənistanın İtaliyadakı səfirliyinin bu ölkənin “ANSA” xəbərlər agentliyində dərc olunmuş mətbuat açıqlamasına münasibətdə səfir Məmməd Əhmədzadənin həmin qurumun redaksiyasına göndərdiyi məktubu da dərc edilib. Bununla yanaşı, Azərbaycanlı diplomatın “ANSA” tərəfindən dərc olunmuş məktubu İtaliyanın “La Gazzetta del Mezzogiorno”, “Notizie Tiscali”, “Espansione Tv”, “MSN Notizie” və digər mətbuat orqanları tərəfindən yayılıb.

Habelə İtaliyanın nüfuzlu “İl Foglio” qəzetində ermənipərəst jurnalistin ölkəmizə qarşı məqaləsinə münasibətdə səfirin həmin qəzetin redaksiyasına ünvanlandığı məktub da dərc edilib.

Müsahibə və yazılarında diplomat Ermənistanın Azərbaycana qarşı 30 il həyata keçirdiyi hərbi təcavüz, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti, istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətləri və soyqırımı, işğal vaxtı həmin ərazilərdəki yaşayış məntəqələrimizi, ölkəmizin tarixi, mədəni, dini irsini darmadağın etdiyi barədə danışıb.

M.Əhmədzadə erməni tərəfinin hazırda Azərbaycana qarşı irəli sürdüyü erməni müharibə əsirləri və bölgədəki erməni xristian irsinin dağıdılması ilə bağlı yalan iddialarına, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı qarayaxma kampaniyasına tutarlı arqumentlərlə cavab verib.

Diplomat, habelə ölkəmizin bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar barədə məlumat verib, erməni tərəfinin Azərbaycana qarşı revanşist və nifrət dolu fikirlər irəli sürməsi, üçtərəfli Bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazisinə hərbçilər göndərməsi, minalanmış ərazilərin xəritələrini təhvil verməkdən boyun qaçırması, bunun azərbaycanlı mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olması və bütün bunların bölgədə sülhün təminatına ciddi təhdid törətməsi barədə danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

End of content

No more pages to load

RADİO