XİN: Aİ və ABŞ-ın açıqlamaları qərəzli xarakter daşıyır

“Məlum olduğu kimi, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 5 aprel 2024-cü ildə Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirilib.

“Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib.

Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub.

Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir.

Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb”, - Ayxan Hacızadə deyib.

XİN rəsmisi bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır:

“Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Berlində gizli silah anbarı aşkarlandı

Berlində gizli silah anbarı aşkarlandı

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

Qara dənizdə gərginlik: Türkiyə gəmisi dronla vuruldu

Qara dənizdə gərginlik: Türkiyə gəmisi dronla vuruldu

Trampın elçiləri Kiyevə səfərlərini təsdiqləmədilər

Trampın elçiləri Kiyevə səfərlərini təsdiqləmədilər

Türkiyədə mədən uçdu: Ölən var

Türkiyədə mədən uçdu: Ölən var

Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Gəncədə 65 yaşlı kişinin qatili 66 yaşlı şəxs çıxdı

Gəncədə 65 yaşlı kişinin qatili 66 yaşlı şəxs çıxdı

Xocavənddəki mina partlayışında yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Xocavənddəki mina partlayışında yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Nyu-Yorkda küçələri və metronu su basdı - VİDEO

Nyu-Yorkda küçələri və metronu su basdı - VİDEO

Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

“Səlahiyyətli şəxslər, arada metro və avtobusdan istifadə edin, görün nə çəkirik”

“Səlahiyyətli şəxslər, arada metro və avtobusdan istifadə edin, görün nə çəkirik”

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

End of content

No more pages to load

RADİO