Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hamuşam kəndi ərazisində qeydə alınıb.
Hamuşam kənd sakini, 1966-cı il təvəllüdlü Əlikram Ağayev idarə etdiyi “VAZ-2121” (Niva) markalı avtomobillə kənd ərazisində torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.
Qəza zamanı sürücü hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əldə etdiyimiz məlumata görə, Əlikram Ağayev əvvəllər kənd məktəblərindən birində müəllim işləyib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.