Azay Quliyevin rəhbərlik etdiyi qurum ləğv edildi - Prezidentdən FƏRMAN

Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmana əsasən, dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, habelə əmlakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə keçəcək.

Yeni Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşacaq.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Üzvlərdən 8-i qeyri-hökumət təşkilatlarının, digər 3-ü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediləcək.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

Qurumun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

“Bavariya” Noyerlə razılığa gəldi

“Bavariya” Noyerlə razılığa gəldi

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

Xankəndi, Ağdərə və Xocalıda icarəyə verilən obyektlərin SAYI AÇIQLANDI

Xankəndi, Ağdərə və Xocalıda icarəyə verilən obyektlərin SAYI AÇIQLANDI

Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Erkin Rəhimov Pediatriya Mərkəzinin direktoru TƏYİN EDİLDİ

Erkin Rəhimov Pediatriya Mərkəzinin direktoru TƏYİN EDİLDİ

Dinar Qəhrəmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Dinar Qəhrəmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Ucuz avtomobildən istifadə edəcək, iqamətgaha köçməyəcək...

Ucuz avtomobildən istifadə edəcək, iqamətgaha köçməyəcək...

TƏBİB-də yeni TƏYİNATLAR – FOTO

TƏBİB-də yeni TƏYİNATLAR – FOTO

Paytaxt sakinlərinə ŞAD XƏBƏR

Paytaxt sakinlərinə ŞAD XƏBƏR

Mel Qibson Romada cazibədar model ilə - FOTO

Mel Qibson Romada cazibədar model ilə - FOTO

DİN yanında İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib – FOTO

DİN yanında İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib – FOTO

Məmur təyinatlarını falçı ilə məsləhətləşirmiş... – Yermakın məhkəməsində SENSASİON DETALLAR

Məmur təyinatlarını falçı ilə məsləhətləşirmiş... – Yermakın məhkəməsində SENSASİON DETALLAR

Sizə də bu vitaminlərdən yazılıbsa - İçməyin – Fotolar

Sizə də bu vitaminlərdən yazılıbsa - İçməyin – Fotolar

Sabahın HAVASI: Yağış, 31 dərəcə isti... – PROQNOZ

Sabahın HAVASI: Yağış, 31 dərəcə isti... – PROQNOZ

Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?

Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?

"Sezercik" illər sonra – FOTO

"Sezercik" illər sonra – FOTO

Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

WUF13 keçirilən məkanda qida qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

WUF13 keçirilən məkanda qida qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Elxan Əzizov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Elxan Əzizov yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO