Roma Papası XIV Leo özünü ilk növbədə Katolik Kilsəsinin rəhbəri, yalnız bundan sonra isə amerikalı hesab etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Papa bunu NBC News telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-də doğulub, ailəsi hələ də bu ölkədə yaşayır və Amerikaya böyük sevgi bəsləyir. Bununla belə, əsas missiyasının bütün dünyadakı katoliklər üçün ruhani rəhbər olmaq olduğunu vurğulayıb.
Papa XIV Leo yaxın vaxtlarda ABŞ-a səfər edə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump aprel ayında Papa XIV Leo haqqında tənqidi fikirlər səsləndirmiş, onun Roma Papası seçilməsində amerikalı olmasının mühüm rol oynadığını iddia etmişdi. Buna səbəb isə pontifikin Yaxın Şərqdəki münaqişələr və ABŞ-ın siyasəti ilə bağlı müharibə əleyhinə açıqlamaları olmuşdu.
Bizim.Media