Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, iddia Federal Məhkəməyə ölkənin onlayn təhlükəsizlik üzrə dövlət tənzimləyicisi eSafety tərəfindən təqdim edilib.
Qurumun iddiasına görə, Telegram terrorizmi təbliğ edən materialları vaxtında aşkarlamayıb və platformadan silməyib. Bunların arasında edam və kütləvi qətliam görüntülərinin olduğu bildirilir.
Məlumata əsasən, bəzi paylaşımlar istifadəçilərin şikayətlərindən sonra belə üç həftəyədək platformada əlçatan qalıb.
Tənzimləyici həmçinin iddia edir ki, Telegram qadağan olunmuş məzmun yayan kanal və qruplara qarşı kifayət qədər tədbir görməyib.
Avstraliya qanunvericiliyinin pozulması sübuta yetirilərsə, şirkət 54,6 milyon Avstraliya dolları (təxminən 38 milyon ABŞ dolları) məbləğində cərimə ilə üzləşə bilər.
Bizim.Media