Fransanın Cənubi Qafqaz XÜLYASI – Azərbaycan təxribat planını necə alt-üst ETDİ? – DETALLAR 

Fransanın Cənubi Qafqaz XÜLYASI – Azərbaycan təxribat planını necə alt-üst ETDİ? – DETALLAR 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa dayanmaq bilmir. Azərbaycana qarşı hər gün yeni bir təxribat planı hazırlayır. Baxmayaraq ki, rəsmi Parisin bütün cəhdləri faydasız olur, suya düşür. Amma bununla belə Yelisey Sarayındakılar Azərbaycana qarşı nifrət kampaniyasından əl çəkmir. 

Bəs Fransanın “üzü niyə döndü”?

Nəzərə alaq ki, Azərbaycanla Fransa arasında tarixən normal münasibət olub. İkinci dəfə qazandığımız müstəqilliyin ilk 20 ilində də Fransa ilə Azərbaycanın münasibətləri normal məcrada inkişaf edib. Dövlət başçılarının qarşılıqlı səfərləri zaman-zaman artıb, işgüzar münasibətlər ilbəil dərinləşib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub.
 

MÖVZU İLƏ BAĞLI:

Makronun bir çox bəyanatları çaşqınlıq yaradır - Fransalı siyasətçi


Amma 44 günlük müharibədən sonra Fransanın Azərbaycana münasibəti 180 dərəcə dəyişdi. Rəsmi Paris açıq şəkildə anti-Azərbaycan siyasəti aparmağa başladı. Bir sözlə, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu.

Bu azmış kimi Fransa tərəfindən Azərbaycanla bağlı məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə 5 dəfə cəhd edildi. Təbii ki, Fransanın hər 5 cəhdinin hər biri uğursuz oldu. Çünki Təhlükəsizlik Şurasının digər üzvləri Fransanın haqsız iddiasını dəstəkləmədi. BMT-dəki uğursuzluqdan sonra Fransa Azərbaycanla bağlı məkrli planlarını Avropa müstəvisinə daşıdı.

Həm AŞPA, həm də Aİ səviyyəsində Azərbaycana qarşı qərarların qəbuluna çalışdı. Xüsusən də Aİ çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə dəfə cəhd edildi. Doğrudur, Aİ Fransanin təkliflərini dəstəkləmədi, amma AŞPA müəyyən mənada fransızların sözünü eşitdi.

Maraqlıdır, Fransanın bu hikkəsinin arxasında nə dayanır?

Nəzərə alaq ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda geosiyasi mənzərə dəyişdi. Azərbaycanın qazandığı zəfər sayəsində Rusiyanın Cənubi Qafqazdakı mövqeləri xeyli zəiflədi. Üstəlik, Azərbaycanla Türkiyənin eyni mövqedən çıxışı və regional təhlükəsizlik, eləcə də iqtisadi inkişaf üçün irəli sürdüyü 3+3 platforması Ankaranın Cənubi Qafqaza təsir imkanlarını xeyli artırmış oldu.

Təbii ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi Fransanın maraqlarına uyğundur. Amma Türkiyənin bölgədə artan nüfuzu rəsmi Parisi ciddi şəkildə narahat etməyə başladı. Çünki, Rusiyanın Cənubi Qafqazda boşalan yerini Fransa tutmaq istəyirdi. Ona görə də Fransa son 3 ildə Cənubi Qafqaza xüsusi diqqət ayırıb. Ermənistanla Fransa arasında heç bir problem yoxdur. Əksinə Ermənistan Fransanın vassalı kimi çıxış edir.

Amma Gürcüstan bu məsələdə bitərəf idi. Gürcüstanı öz tərəfinə çəkmək üçün Fransa rəsmi Tiflisin həssas yerindən istifadə etdi. Gürcüstanı inandırmağa çalışdı ki, Fransanın Cənubi Qafqaza gəlişinə “yaşıl işıq” yandırsalar bunun əvəzində də rəsmi Paris Gürcüstanın Aİ-yə üzvlük məsələsinə dəstəkçi olacaq. Məhz bundan sonra Gürcüstanın Fransaya münasibəti dəyişdi. Yada salaq ki, 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına imkan vermirdi. Amma Gürcüstanın Aİ üzvlüyü məsələsi ortaya atılandan sonra Gürcüstan geri çəkildi. 

Ötən il Fransa Gürcüstan üzərindən Ermənistana  xeyli sursat göndərdi.

Bütün bunlara baxmayaraq Azərbaycan Fransanın heç bir şirnikləndirici vədini eşitmədi və fransızların Cənubi Qafqaza gəlişinə “yaşıl işıq” yandırmadı. Fransanın Azərbaycandan ən böyük incikliyi Aİ missiyasının Azərbaycana gəlişinə etiraz etməsi oldu. Məlumdur ki, Fransa və Qərb bölgəyə sülhməramlı missiya adı ilə daxil olmaq istəyir.

Əslində isə Fransa Cənubi Qafqazı özünün yeni kaloniyasına çevirmək istəyir. Təbii ki, Azərbaycan Fransanın bu niyyətini bildiyi üçün separat razılaşmaya getmədi. Nə Fransa, nə də ki, digər ölkələrin müşahidəçi missiyasını Azərbaycan öz ərazisinə buraxmadı. Bundan əlavə, Fransa istəyirdi ki. Ermənistanla Azərbaycan sərhədi boyunca neytral zona yaradılsın və bu əraziyə digər Qərb ölkələri ilə yanaşı Fransa hərbçiləri yerləşdirilsin.

Təbii ki, Azərbaycan Fransanın bu istəyinə də  qarşı çıxdı. Məhz bundan sonra Fransanın Azərbaycandan “üzü döndü”. Hazırda rəsmi Paris Azərbaycana təzyiq və təsir etmək üçün bütün vasitələrdən istifadə edir. 

Mədəni əlaqələrə də xələl gətirilir... 

Təsadüfi deyil ki, bir müddət əvvəl  Fransanın Evian-Le Ba şəhərində görkəmli Azərbaycan şairi Natəvanın heykəlinin üzərinə qırmızı boya atılaraq heykələ xətər yetirildi. Bu isə artıq vandalizminin və siyasi başıpozuqluğun son həddi idi. Azərbaycanı heç bir vasitə ilə ram edə bilməyən Fransa xırda və cılız variantlara əl atdı. Bu məsələyə ən yaxşı qiyməti isə təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində verdi. O bildirdi ki, vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir.

Əlbəttə ki, Evian-Le Ba şəhərində baş verənlər Fransanın nə qədər aciz və zavallı olduğunu göstərir. 

Nə yazıq ki, Fransa bu gün Azərbaycana qarşı qisasçılıq yolu tutub. Hər bir hərəkəti ilə Azərbaycana təsir etmək, onu yola gətirmək istəyir ki, Gürcüstan və Ermənistan kimi Azərbaycan da Fransanın Cənubi Qafqaza soxulmasına “hə” desin.

Amma Azərbaycan Cənubi Qafqazda davamlı sülh görmək istəyir. Azərbaycan hansısa blokun və yaxud ölkənin Cənubi Qafqazda meydan sulamasını istəmir və bütün imkanları ilə buna qarşı çıxır.
Bu məsələdə Azərbaycanın qətiyyəti və uğuru təbii ki, Fransanı daha çox hövsələdən çıxarır. Azərbaycana qarşı heç bir təsir rıçağı olmayan rəsmi Paris nəticədə özünənəzarəti itirir və Fransanın daha böyük səhv addımlar atmasına imkan verir. Təbii ki, bu da Fransanın imicinə və Beynəlxalq nüfuzuna ağır zərbə vurur. Görünən odur ki, Fransa Azərbaycana qarşı çirkin kampaniyasını dayandırmasa çox böyük itkilərlə üz-üzə qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ölkəmizdə təhsil almaq istəyən xarici tələbələrlə bağlı YENİ TƏKLİF

Ölkəmizdə təhsil almaq istəyən xarici tələbələrlə bağlı YENİ TƏKLİF

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Rusiyanın Bryansk vilayətinə dron hücumu: 1 ölü, 6 yaralı var

Rusiyanın Bryansk vilayətinə dron hücumu: 1 ölü, 6 yaralı var

Deputat: “Ermənistandan üzr gözləyirik”

Deputat: “Ermənistandan üzr gözləyirik”

Onun barəsində həbs qətimkan tədbiri ləğv olundu – AZADLIĞA BURAXILDI

Onun barəsində həbs qətimkan tədbiri ləğv olundu – AZADLIĞA BURAXILDI

Bu il dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Bu il dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Siyəzəndə DƏHŞƏTLİ QƏTL: 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü - ÖZƏL

Siyəzəndə DƏHŞƏTLİ QƏTL: 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü - ÖZƏL

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi

Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi

Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO

Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

End of content

No more pages to load

RADİO