Cəmiyyət
Bu gün 13:11

Ermənistan Milli Assambleyasının iclası kiçik insidentlə başlayıb. Müxalif deputat Edgar Kazaryan tribunadan uzaqlaşdırılıb.
Bizim.Media xəbər verir ki, parlamentin spikeri Ruben Rubinyan əvvəlcə “Güclü Ermənistan” fraksiyasının üzvünün çıxışını dayandırıb və onun çıxışının gündəlikdən kənara çıxdığını bildirib.
Daha sonra Rubinyan deputatın mikrofonunu söndürüb və təhlükəsizlik xidmətinə müdaxilə etməyi tapşırıb.
Bizim.Media