Siyasət
Bu gün 12:50

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində bir nəfərin öldüyü, 6 mülki şəxsin yaralandığı bildirilir.
Bizim.Media xəbər verir ki, regional hakimiyyət orqanlarının məlumatına görə, vilayətin Bejitsk rayonunda pilotsuz uçuş aparatından atılan partlayıcı qurğu bir kişinin ölümünə səbəb olub.
Vilayətin qubernatoru Yeqor Kovalçuk bildirib ki, həmin şəxsin aşkar etdiyi içərisində partlayıcı maddə olan boru şəklində əşya partlayıb. Rusiya Müdafiə Nazirliyinin pirotexnikləri hadisə yerində işləyirlər.
İlkin məlumatlara görə, şəhərin Sovetski rayonunda altı nəfər yaralanıb. Hücum nəticəsində üç çoxmənzilli bina və 11 avtomobilə ziyan dəyib.
Bizim.Media