Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 

Böyük Qayıdışın yeni ünvanlarından biri də Füzuli rayonunun Dövlətyarlı kəndi olacaq. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə, xatirələrinin iz saldığı küçələrə, uşaqlıqlarının keçdiyi torpaqlara qayıdacağı gün artıq uzaqda deyil. Vaxtilə həyatın öz axarı ilə davam etdiyi bu kənddə indi yenidən evlər tikilir, yollar salınır, sosial infrastruktur yaradılır.

Bizim.Media xəbər verir ki, görülən işlərin böyük bir hissəsinin başa çatması, doğma yurda qayıdışın yaxınlaşdığından xəbər verir. Tezliklə Dövlətyarlı yenidən sakinlərinin səsi, uşaqların gülüşü ilə canlanacaq, doğma torpaq öz sahiblərinə qucaq açacaq.

 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Təranə Quliyeva müsahibəsində bildirib ki, Füzuli rayonunun Dövlətyarlı kəndində Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

"Layihənin birinci mərhələsi üzrə ümumilikdə 137,1 hektar ərazini əhatə edən yaşayış məntəqəsində fərdi yaşayış evləri, sosial infrastruktur obyektləri, eləcə də yol və kommunikasiya şəbəkələri inşa olunur. Birinci mərhələ üzrə kənddə ümumilikdə 450 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Evlər birmərtəbəli olmaqla 2, 3, 4 və 5 otaqlı layihələr əsasında inşa edilir.

Kənd sakinlərinin sosial ehtiyaclarının qarşılanması məqsədilə müvafiq infrastrukturun yaradılmasına da xüsusi diqqət yetirilir. Bu çərçivədə ikimərtəbəli 360 yerlik tam orta məktəbin, birmərtəbəli 120 yerlik uşaq bağçasının, həkim tibb məntəqəsinin və ikimərtəbəli inzibati binanın tikintisi həyata keçirilir.

Eyni zamanda, məktəb və uşaq bağçasının istilik təminatı üçün nəzərdə tutulan qazanxananın inşası üzrə də işlər davam etdirilir. Bununla yanaşı, kəndin dayanıqlı kommunal təminatının yaradılması istiqamətində yol və mühəndis-kommunikasiya infrastrukturu qurulur.

Birinci mərhələ üzrə daxili yolların ümumi uzunluğu 15,68 kilometr təşkil edir. Eyni zamanda, ərazidə elektrik enerjisi, rabitə, su və qaz təchizatı, eləcə də kanalizasiya şəbəkəsinin qurulması istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən işlərin əsas məqsədi Dövlətyarlı kəndində müasir yaşayış şəraitinin yaradılması, əhalinin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi, sosial xidmətlərə əlçatanlığın artırılması və kəndin dayanıqlı inkişafı üçün zəruri infrastrukturun formalaşdırılmasıdır".

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 1
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 2
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 3
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 4
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 5
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 6
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 7
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 8
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 9
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 10
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 11
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO - foto 12

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Rusiyanın Bryansk vilayətinə dron hücumu: 1 ölü, 6 yaralı var

Rusiyanın Bryansk vilayətinə dron hücumu: 1 ölü, 6 yaralı var

Deputat: “Ermənistandan üzr gözləyirik”

Deputat: “Ermənistandan üzr gözləyirik”

Onun barəsində həbs qətimkan tədbiri ləğv olundu – AZADLIĞA BURAXILDI

Onun barəsində həbs qətimkan tədbiri ləğv olundu – AZADLIĞA BURAXILDI

Bu il dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Bu il dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Siyəzəndə DƏHŞƏTLİ QƏTL: 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü - ÖZƏL

Siyəzəndə DƏHŞƏTLİ QƏTL: 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü - ÖZƏL

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi

Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi

Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO

Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

“Məqsədimiz ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmləri hazırlamaqdır” – Rauf Cabarov

“Məqsədimiz ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmləri hazırlamaqdır” – Rauf Cabarov

End of content

No more pages to load

RADİO