Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO  

Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO  
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb. 

Bizim.Media xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla təşkil olunduğunu xatırladıb. 

Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu qeyd edən Anar Ələkbərov deyib:

“Heydər Əliyev Mərkəzi hazırda beynəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Bu tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildirmək istərdik.
Bu gün biz Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondunun sayəsində Heydər Əliyev Mərkəzində Özbəkistana həsr olunan birinci tədbiri keçiririk. Dünən “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan rəqsdir. Bildiyiniz kimi, gələn həftə Novruz bayramıdır. Bu bayram günlərində ziyarətçilərimiz həm bu gün açılan sərgi, həm də bu sərgi ərəfəsində Mərkəzdə Daniel Vürtzelin nümayiş etdirilən “Hava fontanı” instalyasiyası ilə tanış ola biləcəklər”. 

Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva tədbirdə çıxış edərək Azərbaycanda olmaqdan və bu sərginin təşkilindən məmnunluğunu ifadə edib: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı böyük sərgi açılır. Bu sərgi təkcə dekorativ-tətbiqi sənət kolleksiyasını nümayiş etdirmir, həm də Özbəkistanın mədəni irsinin zəngin müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni təkamülünün təcəssümüdür”. 

Özbəkistan ilə Azərbaycan arasında bənzərsiz tarixi əlaqələrin mövcudluğunu qeyd edən Saida Mirziyoyeva vurğulayıb:

“Hər iki dövlət çoxəsrlik tarixə və zəngin mədəni ənənələrə malikdir. Özbəkistanı və Azərbaycanı tarixdə, mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq qonaqpərvərliyi, zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyma, keramika kimi nadir xalq sənəti irsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq səylərimizin sübutuna çevrilsin”. 

Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” və “Kukla incəsənətdə” sərgiləri ilə tanış olublar. 
Qeyd edək ki, xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib. Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri böyük maraqla qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsilə ziyarətçilərə öz mesajlarını çatdırır. 

“Kukla incəsənətdə” sərgisində isə 200-dən çox kukla nümayiş etdirilir. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub. 

Daha sonra Mehriban xanım Əliyeva və Saida Mirziyoyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisinin rəmzi açılışını bildirən lenti kəsdilər və ekspozisiya ilə tanış oldular. 

Məlumat verildi ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 140-dan çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir.

Dost ölkənin mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunan ekspozisiya XIX-XX əsrlərdə Özbəkistana xas sənətkarlığın dirçəlişini əks etdirir. Buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub. 
“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi bir neçə bölmədən ibarətdir: kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz motivlərinin üstünlük təşkil etdiyi dekorativ tekstil - suzani nümunələrinin nümayiş olunduğu tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan qədim ustaların gümüşdən, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi. 

Tədbirdə Özbəkistanın milli musiqisi səsləndirilib. 

Bakı sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev Mərkəzində sərgi ilə iyulun 1-dək tanış ola bilərlər. 

Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 1
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 2
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 3
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 4
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 5
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 6
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 7
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 8
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 9
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 10
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 11
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 12
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 13
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 14
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 15
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 16
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 17
Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə - FOTO   - foto 18

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ölkəmizdə təhsil almaq istəyən xarici tələbələrlə bağlı YENİ TƏKLİF

Ölkəmizdə təhsil almaq istəyən xarici tələbələrlə bağlı YENİ TƏKLİF

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Rusiyanın Bryansk vilayətinə dron hücumu: 1 ölü, 6 yaralı var

Rusiyanın Bryansk vilayətinə dron hücumu: 1 ölü, 6 yaralı var

Deputat: “Ermənistandan üzr gözləyirik”

Deputat: “Ermənistandan üzr gözləyirik”

Onun barəsində həbs qətimkan tədbiri ləğv olundu – AZADLIĞA BURAXILDI

Onun barəsində həbs qətimkan tədbiri ləğv olundu – AZADLIĞA BURAXILDI

Bu il dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Bu il dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Siyəzəndə DƏHŞƏTLİ QƏTL: 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü - ÖZƏL

Siyəzəndə DƏHŞƏTLİ QƏTL: 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü - ÖZƏL

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi

Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi

Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO

Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

End of content

No more pages to load

RADİO