Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO

Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.
Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.

Perinatal küvəzli təcili yardım avtomobilləri patoloji yenidoğulmuşların tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları məqsədilə müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.

Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb.

Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq

10:23

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 1
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 2
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 3
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 4
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 5



Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 6
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 7
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 8
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO - foto 9


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Yardımlının bu kəndlərində qaz olmayacaq – SİYAHI

Yardımlının bu kəndlərində qaz olmayacaq – SİYAHI

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü – FOTO

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü – FOTO

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Penitensiar xidmətə yeni rəis TƏYİN EDİLDİ - SƏRƏNCAM

Penitensiar xidmətə yeni rəis TƏYİN EDİLDİ - SƏRƏNCAM

Mirsaleh Seyidov vəzifəsindən AZAD EDİLDİ

Mirsaleh Seyidov vəzifəsindən AZAD EDİLDİ

Moskvada mobil internet söndürüldü – SƏBƏB

Moskvada mobil internet söndürüldü – SƏBƏB

Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişəcək? – TƏKLİF

Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişəcək? – TƏKLİF

Prezident qonaqlarla görüşdü – VİDEO

Prezident qonaqlarla görüşdü – VİDEO

Dövriyyədə olan ödəniş kartlarının SAYI

Dövriyyədə olan ödəniş kartlarının SAYI

Sabah rayonlarda leysan olacaq, dolu düşəcək

Sabah rayonlarda leysan olacaq, dolu düşəcək

Bakının mərkəzində Gürcüstan səfirliyinin yeni binası TİKİLƏCƏK

Bakının mərkəzində Gürcüstan səfirliyinin yeni binası TİKİLƏCƏK

Ölkəmizdə təhsil almaq istəyən xarici tələbələrlə bağlı YENİ TƏKLİF

Ölkəmizdə təhsil almaq istəyən xarici tələbələrlə bağlı YENİ TƏKLİF

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verildi – FOTO

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Bu torpaqlar dövlət ehtiyacı üçün ALINACAQ

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ermənistan parlamentində dava: Müxalif deputat tribunadan uzaqlaşdırıldı – VİDEO

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə QALMAQALI: Vəzifəli şəxs həbs olundu

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Bankların kredit portfeli 33,7 milyard manata çatdı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Orta məktəbin yaxınlığında kişi meyiti tapıldı

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Banklarda əmanəti olanların NƏZƏRİNƏ

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Hakimlərin səlahiyyəti ARTIRILIR

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

End of content

No more pages to load

RADİO