Cəmiyyət
Bu gün 13:50

Sabah Yardımlı rayonunun əksər ərazilərində qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəər verir ki, bu barədə informasiyanı Lənkəran Regional Qaz İstismar İdarəsi yayıb.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media