Cəmiyyət
Bu gün 13:50

Xəbər verdiyimiz kimi, Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Bizim.Media xəbər verir ki, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.
2025-ci ilin yanvar ayından iyulunadək Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.
O, 2025-ci ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.
Bizim.Media