İlham Əliyev Dennis Fransisi qəbul etdi – FOTO    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. 

Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğulayıb. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirib. 
Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu “üçlük” mexanizminin əhəmiyyətini vurğulayıb. 

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və “üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirib. 

Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub. 

Dövlət başçısı vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçlər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır. 

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır. 
Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüdudları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çaylarının ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd edib. 

Dövlət başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğulayıb. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb. 

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi qeyd edildi, ölkəmizin Hərəkat çərçivəsində humanitar minatəmizləmənin yeni Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi, həmçinin bu sahədə beynəlxalq səylərin səfərbər olunması ilə əlaqədar təşəbbüsləri vurğulanıb. 
Görüşdə Azərbaycanın BMT təsisatları ilə əməkdaşlığı çərçivəsində Dünya Şəhərsalma Forumu kimi əhəmiyyətli tədbirin 2026-cı ildə ölkəmizdə keçirilməsinin vacibliyi bildirilib. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Berlində gizli silah anbarı aşkarlandı

Berlində gizli silah anbarı aşkarlandı

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

End of content

No more pages to load

RADİO