İlham Əliyev "Formula 1" ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev "2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" sərəncam imzalayıb.

Bizim.Media-nın xəbərinə görə, sərəncamla müəyyən edilib ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən kibertəhlükəsizliklə bağlı FƏRMAN     


Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

İyulun son gününün HAVA PROQNOZU

İyulun son gününün HAVA PROQNOZU

Ər və ya arvad vəfat etdikdə pensiyası kimə verilir? – Qaydaları AÇIQLANDI

Ər və ya arvad vəfat etdikdə pensiyası kimə verilir? – Qaydaları AÇIQLANDI

Ukrayna daha bir F-16 qırıcısını itirdi – Sayı 4-ə ÇATDI

Ukrayna daha bir F-16 qırıcısını itirdi – Sayı 4-ə ÇATDI

CIA-nın analitikindən ŞOK AÇIQLAMA: Müharibə başa çatanda Rusiya Kiyevə nəzarət edəcək – VİDEO

CIA-nın analitikindən ŞOK AÇIQLAMA: Müharibə başa çatanda Rusiya Kiyevə nəzarət edəcək – VİDEO

İDDİA: Gecə növbəsində işləmək ömrü 15 il azaldır - VİDEO

İDDİA: Gecə növbəsində işləmək ömrü 15 il azaldır - VİDEO

Gürcüstan Rusiyadan çıxarılan ukraynalıların müraciətini rədd etdi

Gürcüstan Rusiyadan çıxarılan ukraynalıların müraciətini rədd etdi

9 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

9 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Rusiyanın Ukraynaya atdığı raket Polşaya düşdü – FOTO -VİDEO

Rusiyanın Ukraynaya atdığı raket Polşaya düşdü – FOTO -VİDEO

ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

İlon Mask Konqres seçkiləri öncəsi respublikaçıları dəstəkləyəcək – ÇOXLU VƏSAİT AYIRIB

İlon Mask Konqres seçkiləri öncəsi respublikaçıları dəstəkləyəcək – ÇOXLU VƏSAİT AYIRIB

Avtobus sürücüsü sükan arxasında telefonla danışdı – Sərnişinlər narazılıq etdi - VİDEO

Avtobus sürücüsü sükan arxasında telefonla danışdı – Sərnişinlər narazılıq etdi - VİDEO

Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

End of content

No more pages to load

RADİO