"Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvəyə çatıb" - Nazir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdırmış Türkiyə səfiri Erkan Özoralla görüşüb.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazir səfirin Azərbaycanda səmərəli fəaliyyətini vurğulayıb, gələcək işlərində uğurlar arzulayıb. O, Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və bu gün ən yüksək zirvəsinə çatdığını vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə birgə investisiya fondu yaradır


"44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir. Dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır".

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan M.Cabbarov diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir.

Nazir işğaldan azad olunmuş ərazilərimizin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən E.Özoral ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb.

O, Azərbaycanın Vətən Müharibəsi apardığı və tarixi zəfər qazandığı müddətdə ölkəmizdə səfir olmasından qürur duyduğunu ifadə edib, diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

İyulun son günü çimərliklərdə hava necə olacaq?

İyulun son günü çimərliklərdə hava necə olacaq?

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

İranda ZƏLZƏLƏ oldu

İranda ZƏLZƏLƏ oldu

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

End of content

No more pages to load

RADİO