Razi Nurullayev Etibar Hüseynovun Qarabağla bağlı fikrini məsxərə adlandırdı – QALMAQAL 

Sabiq deputat Etibar Hüseynovun Şuşa, Kəlbəcər və Ağdama girişin pullu olması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. 

“Çox istərdim ki, gələcəkdə istirahətə gələnlər üçün Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama giriş pullu olsun. Simvolik olaraq 50 qəpik, 1 manat və ya kim nə qədər istəsə. Niyə də yox? Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və s. məkanlar pullu edilib ki, bura filankəs pul qoyub, əziyyət çəkib.

İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb.

Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı niyə də verməyək?  Amma yenə də "YAŞAT" Fonduna yığılmaq şərtilə",- deyə Etibar Hüseynov bildirib. 

Qeyd edək ki, ictimaiyyətdə ciddi müzakirələrə səbəb olan  bu fikirlər  sərt tənqid edilib və müxtəlif aspektlərdən yozulub.

Bəziləri sabiq deputatın ciddi məsələyə məsuliyyətsiz və məsxərəli şəkildə yanaşma sərgilədiyini deyib, bəziləri isə vətən oğullarımızın qanı-canı bahasına alınmış torpaqlara ödənişlə daxil olmaqla bağlı  fikrlərini  qınayıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin  üzvü, millət vəkili Razi Nurullayev sabiq deputatın fikirlərini məsxərə kimi qiymətləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Əl-Qaidə, İŞİD pisdir, Daşnaksütyun yaxşıdır?! Fransa vandalizm aktlarına baxsın” - SƏRT REAKSİYA


“Mən düşünmürəm ki, Azərbaycanın işğaldan azad  etdiyi ərazilərə giriş pullu olmalıdır. O torpaqlar əsgərlərimizin canı-qanı bahasına işğaldan azad edilib.

Bunu etmək mümkün deyil və məsxərə kimi qəbul edirəm. Hər kəs o torpaqlara getmək istəyir. Öz ərazilərinə niyə pul verib getsinlər ki? Çox güman ki, bu, sabiq deputatın zarafatıdır. Məsxərə olsa belə hər kəsin şəxsi məsuliyyəti və fərdi davranışı var. O ciddi məsələ ola bilməz. Yox, əgər ciddi deyibsə, özü bu fikri daha yaxşı əsaslandıra bilər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı isə “Bunun mənə nə dəxli var?” sualı ilə danışığı yarımçıq kəsib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

İyulun son günü çimərliklərdə hava necə olacaq?

İyulun son günü çimərliklərdə hava necə olacaq?

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

İranda ZƏLZƏLƏ oldu

İranda ZƏLZƏLƏ oldu

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

End of content

No more pages to load

RADİO