“Əl-Qaidə, İŞİD pisdir, Daşnaksütyun yaxşıdır?! Fransa vandalizm aktlarına baxsın” - SƏRT REAKSİYA

“Fransa səfirinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması maraq doğurur. Bəlkə Fransa səfirinə görə, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də “ləyaqətli işğal” olub?”

Bizim.Media xəbər verir ki, bu sözləri  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı "müharibə tamaşa predmeti olmamalıdır” şərhinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ermənistanı Zaqafqaziyada əsas müttəfiq adlandırdı


Mövzu ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə əlaqə saxladıq. 

Deputat Asim Mollazadə Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən reaksiyasını müsbət qiymətləndirib:

“Düşünürəm ki, Fransa öz mövqeyi ilə çox ciddi şübhələr yaradıb. Nə üçün zamanında Minsk Qrupu münaqişənin həlli ilə bağlı heç bir addım ata bilmədi. Məhz belə davranışlar problemi daha da dərinləşdirdi. Yaxşı olardı ki, Fransanın səfiri vandalizm aktlarına baxsın. Real barbarlığın törətdiyi hərbi cinayətləri araşdırsın”.

Millət vəkili Elman Nəsirov isə 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürməsinə baxmayaraq heç bir irəliləyiş əldə olunmadığını xatırladıb:

“ATƏT-in Minsk Qrupu 1992-ci il mart ayının 24-də yaradılmış bir təşkilatdır. 11 üzvü var. Amma münaqişənin  həlli ilə 3 həmsədr dövlət birbaşa məşğul olub. Onlardan biri də Fransa idi.  


44 günlük savaşa qədərki dövr, həmçinin Fransanın müharibənin gedişatındakı və sonrakı davranışlarının təhlili onu göstərir ki, rəsmi Paris birmənalı şəkildə İrəvanın yanında oldu, Ermənistanı müdafiə etdi. Fransa bunu bəlkə də fərqli şəkildə, milli səviyyədə edə bilərdi və Ermənistanla müttəfiqlik nümayiş etdirdiyi müəyyən qədər anlaşılan olardı.

Fransanın həmsədr ölkə olduğunu nəzərə alsaq, qərəzli mövqe sərgiləməsi yolverilməzdir. 

Lakin rəhbərlik səviyyəsində Fransanın Ermənistanın yanında olmasını etiraf etməsi, Qarabağın Azərbaycana yox, Ermənistana aid olduğuna dair iddialar səsləndirməsi münaqişənin nizamlanmasında buxov olmalı idi. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun fəaliyyətinə sıfır qiymət verib.

Ölkə başçısı qeyd edib ki, onların nəinki fəaliyyəti olmayıb, bir çox hallarda münaqişənin həllində maneəyə də çevriliblər. 

İndi də fransalı səfirlər Ermənistanın məğlubiyyətini etiraf edirlər. Amma bu məğlubiyyəti “ləyaqətli məğlubiyyət”  adlandırırlar. Bəzən bu tip fikirlərə şərh vermək belə çətindir. Özləri buna “no comment” deyirlər. Əslində, nonsensdir (absurd, mənasız, məntiqi səhv). Bu, həmin dövlətlərin xarici siyasətinin mahiyyətindən irəli gəlir. 
 

Təsəvvür edin ki, bunlar terrorçuları iki yerə bölürlər: yaxşı terrorçu, pis terrorçu. Əl-Qaidə, İŞİD pisdir, amma Daşnaksütyun yaxşıdır. Bunların yanaşması belədir. Belə çıxır ki, məğlubları da iki yerə bölürlər: ləyaqətsiz məğlublar və ləyaqətli məğlublar...


Fransa səfirindən soruşmaq istərdim ki, bir dövlət savaşda məğlub olubsa, hansı halda ləyaqətli və ləyaqətsizdir? Bunun da açıqlamasını versin. Onlar diplomatiya tarixinə yeni termin gətiriblər. Əgər belə edirlərsə, qalibləri də bölsünlər. Sadalananlar acınacaqlı vəziyyətdən xəbər verir. Bu gün beynəlxalq hüquq ona görə belə bərbad vəziyyətdədir ki, onun keşiyində dayanan dövlətlər, Fransanın timsalında beynəlxalq hüquqa həqarətli davranış sərgiləyirlər. 

Bunlar müasir dünyadakı nizamı, ədalət prinsiplərini  pozur və nəticə etibarı ilə də yeni gərginlik ocaqlarının yaranmasına şərait yaradırlar”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

İyulun son günü çimərliklərdə hava necə olacaq?

İyulun son günü çimərliklərdə hava necə olacaq?

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

İranda ZƏLZƏLƏ oldu

İranda ZƏLZƏLƏ oldu

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

End of content

No more pages to load

RADİO