Baş nazir UNICEF-in rəsmilərini QƏBUL EDİB

Baş nazir UNICEF-in rəsmilərini QƏBUL EDİB
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNICEF-in Cenevrədəki BMT ofisində Nümayəndəsi və Avropada Qaçqınlar və Miqrant məsələləri üzə xüsusi koordinatoru Recina De Dominişislə görüşüb.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük önəm verdiyi və bu baxımdan UNICEF ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi bildirilib.

Azərbaycanla BMT-nin Uşaq Fondu arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edən səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

Azərbaycanda uşaqların müdafiəsinin və uşaq hüquqlarının təmin olunmasının diqqət mərkəzində olduğu bildirilərək ötən dövrdə ölkəmizin BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qoşulduğu vurğulanıb.

Bildirilib ki, 2020-ci ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir.

Eyni zamanda Azərbaycanda sağlamlıq imkanları məhdud, eləcə də həssas təbəqədən olan uşaqlara dövlət tərəfindən böyük qayğı göstərildiyi vurğulanıb.

Görüşdə həmçinin keçmiş münaqişədən əziyyət çəkmiş uşaqlara yardım, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə, cari ildə Azərbaycanda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində uşaq hüquqlarının qorunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

ABŞ-dan Körfəz ölkələrinə müharibə XƏBƏRDARLIĞI

ABŞ-dan Körfəz ölkələrinə müharibə XƏBƏRDARLIĞI

Anasını benzin tökərək yandıran şəxs: “Avara həyat tərzi keçirməyimlə bağlı irad bildirirdi”

Anasını benzin tökərək yandıran şəxs: “Avara həyat tərzi keçirməyimlə bağlı irad bildirirdi”

Şansı gətirəcək 3 bürc

Şansı gətirəcək 3 bürc

İstiliyin verilmə vaxtını bina sakinləri seçə bilər – Yeni təklif GÜNDƏMDƏ

İstiliyin verilmə vaxtını bina sakinləri seçə bilər – Yeni təklif GÜNDƏMDƏ

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Bakıda yeni körpü inşa edildi

Bakıda yeni körpü inşa edildi

Bakının bu ərazilərində işıq olmayacaq - SİYAHI

Bakının bu ərazilərində işıq olmayacaq - SİYAHI

"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı

"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı

Dollar alıb-satanlara vacib xəbər – Limit var!

Dollar alıb-satanlara vacib xəbər – Limit var!

Milyardlarla pul xərcləndi, paytaxt boş qaldı – Heç kim bu şəhərə getmir

Milyardlarla pul xərcləndi, paytaxt boş qaldı – Heç kim bu şəhərə getmir

Ölkəmizdə hansı ərzaq məhsullarına tələbat daxili istehsal hesabına təmin olunur? – ARAŞDIRMA

Ölkəmizdə hansı ərzaq məhsullarına tələbat daxili istehsal hesabına təmin olunur? – ARAŞDIRMA

Səslərin üçdə biri SAYILDI – Netanyahunun bloku LİDERDİR

Səslərin üçdə biri SAYILDI – Netanyahunun bloku LİDERDİR

Vətən müharibəsinin XRONİKASI: 28 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI: 28 oktyabr –VİDEO

“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı BİLİNDİ

“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı BİLİNDİ

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

“Real”ın heyətində debütə HAZIRLAŞIR

“Real”ın heyətində debütə HAZIRLAŞIR

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

End of content

No more pages to load

RADİO