Dollar alıb-satanlara vacib xəbər – Limit var!

Dollar alıb-satanlara vacib xəbər – Limit var!
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Banklarda nağd valyuta alıb-satarkən müəyyən məbləğ hədlərini aşan müştərilər şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər. 

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən, bankdan bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq nağd xarici valyuta satıldıqda, eləcə də bir müştəridən 10 000 ABŞ dolları ekvivalentindən artıq valyuta alındıqda şəxsiyyətin təsdiqi tələb olunur.

Qaydalara əsasən, banklarda, onların filial və şöbələrində nağd valyuta mübadiləsinin bir neçə növü həyata keçirilir. Müştərilər nağd xarici valyutanı manata dəyişə, manatla xarici valyuta ala, bir xarici dövlətin valyutasını digər dövlətin valyutasına dəyişə, eləcə də eyni xarici valyutanın müxtəlif nominalda olan əskinaslarını bir-biri ilə əvəz edə bilərlər.

Banklar iri məbləğli əməliyyatlar aparan müştərilərlə bağlı əlavə nəzarət tədbirləri də tətbiq etməlidirlər. Son 1 il ərzində 20 000 manatdan və ya ona ekvivalent məbləğdən artıq əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqinə dair daxili qayda və prosedurlar mövcud olmalıdır. Banklar bu tələblərə əməl olunmasına nəzarət mexanizmlərini də təmin etməlidirlər.

Əməliyyat günü ərzində mübadilə üçün müvafiq valyutanın çatışmadığı hallar istisna olmaqla, banklarda, filial və şöbələrdə yalnız valyuta alışının və ya yalnız satışının həyata keçirilməsinə yol verilmir. Yəni valyuta mövcud olduğu halda mübadilə məntəqəsi yalnız bir istiqamətdə əməliyyat aparmamalıdır.

Hər bir valyuta mübadiləsi əməliyyatından sonra müştəriyə bank çıxarışı verilməlidir. Sənəddə bankın, filialın və ya şöbənin adı və ünvanı, əməliyyatın tarixi və vaxtı, əməliyyatın növü, tətbiq edilən məzənnə, varsa komisyon haqq, alınan və satılan valyutanın adı və məbləği göstərilməlidir.

Müəyyən edilmiş məbləğ hədləri nəzərə alınmaqla, çıxarışda müştərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin növü və fərdi identifikasiya nömrəsi (FİN) də əks olunmalıdır.

FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi qeyd edilir. Bundan başqa, sənəd əməliyyatı aparan məsul şəxsin imzası və ştampı ilə təsdiqlənməlidir. Gücləndirilmiş elektron imza ilə təsdiq edilən bank çıxarışlarına bu son tələb şamil olunmur.

Valyuta mübadiləsi aparılan sahədə müştərilərin görə biləcəyi yerdə məzənnələr və xidmət haqları barədə məlumat yerləşdirilməlidir. Bankın və ya müvafiq filialın adının göstərildiyi xüsusi elektron lövhədə alış və satış məzənnələri, komisyon haqq tətbiq edilirsə faktiki mübadilə məzənnəsi açıqlanmalıdır.

Faktiki məzənnə alış zamanı alış məzənnəsindən xidmət haqqının çıxılması, satış zamanı isə satış məzənnəsinə xidmət haqqının əlavə edilməsi yolu ilə hesablanır. Tətbiq edilən komisyon haqq və valyuta mübadiləsi əməliyyatlarının aparıldığı iş vaxtı da müştərilərin görə biləcəyi yerdə göstərilməlidir.

Beləliklə, banklarda nağd valyuta mübadiləsi zamanı həm müəyyən məbləğlərdən yuxarı əməliyyatlar üçün şəxsiyyətin təsdiqi, həm də müştəriyə məzənnə, xidmət haqqı və əməliyyat barədə ətraflı məlumat verilməsi tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Sərxoş kişi küçə musiqiçisini dişlədi – “Elə bildim rusdur”

Sərxoş kişi küçə musiqiçisini dişlədi – “Elə bildim rusdur”

Putin iki ölkə liderinə 90 dəqiqə tarix dərsi keçib – Telefon zənginin DETALLARI

Putin iki ölkə liderinə 90 dəqiqə tarix dərsi keçib – Telefon zənginin DETALLARI

Stomatologiyanın “səhnə arxası” – Çəkilən çürük dişlər hara gedir?

Stomatologiyanın “səhnə arxası” – Çəkilən çürük dişlər hara gedir?

Tramp: “Venesuela çiçəklənən ölkə olacaq”

Tramp: “Venesuela çiçəklənən ölkə olacaq”

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

İranla müharibə ABŞ-a neçə milyarda BAŞA GƏLİB?

İranla müharibə ABŞ-a neçə milyarda BAŞA GƏLİB?

17 il işə getmədən maaş alıb…

17 il işə getmədən maaş alıb…

Tramp Uitkoffu TƏRİFLƏDİ: “Böyük uğurlar qazanır”

Tramp Uitkoffu TƏRİFLƏDİ: “Böyük uğurlar qazanır”

Avro ucuzlaşdı, rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

ABŞ-dan Körfəz ölkələrinə müharibə XƏBƏRDARLIĞI

ABŞ-dan Körfəz ölkələrinə müharibə XƏBƏRDARLIĞI

Anasını benzin tökərək yandıran şəxs: “Avara həyat tərzi keçirməyimlə bağlı irad bildirirdi”

Anasını benzin tökərək yandıran şəxs: “Avara həyat tərzi keçirməyimlə bağlı irad bildirirdi”

Şansı gətirəcək 3 bürc

Şansı gətirəcək 3 bürc

İstiliyin verilmə vaxtını bina sakinləri seçə bilər – Yeni təklif GÜNDƏMDƏ

İstiliyin verilmə vaxtını bina sakinləri seçə bilər – Yeni təklif GÜNDƏMDƏ

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Bakıda yeni körpü inşa edildi

Bakıda yeni körpü inşa edildi

Bakının bu ərazilərində işıq olmayacaq - SİYAHI

Bakının bu ərazilərində işıq olmayacaq - SİYAHI

"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı

"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı

Dollar alıb-satanlara vacib xəbər – Limit var!

Dollar alıb-satanlara vacib xəbər – Limit var!

Milyardlarla pul xərcləndi, paytaxt boş qaldı – Heç kim bu şəhərə getmir

Milyardlarla pul xərcləndi, paytaxt boş qaldı – Heç kim bu şəhərə getmir

Ölkəmizdə hansı ərzaq məhsullarına tələbat daxili istehsal hesabına təmin olunur? – ARAŞDIRMA

Ölkəmizdə hansı ərzaq məhsullarına tələbat daxili istehsal hesabına təmin olunur? – ARAŞDIRMA

Səslərin üçdə biri SAYILDI – Netanyahunun bloku LİDERDİR

Səslərin üçdə biri SAYILDI – Netanyahunun bloku LİDERDİR

Vətən müharibəsinin XRONİKASI: 28 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI: 28 oktyabr –VİDEO

End of content

No more pages to load

RADİO