Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.

“Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov və İƏT-in Baş katibinin müavini çıxış ediblər.

İƏT-ə üzv dövlətlər tərəfindən Katibliyə təqdim edilmiş layihə və bəyanatların hazırlıq iclasında müzakirə olunaraq razılaşdırılması və qəbul edilmək üçün üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə təqdim edilməsi ilə əlaqədar olaraq, Qətərin nümayəndəsi tərəfindən Azərbaycanın Baş prokurorunun müavini Heydər Məmmədova hazırlıq iclasına sədrlik etməsinin rəmzi ifadəsi təqdim edilib.

Heydər Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
 

O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən institusional islahatların, müasir idarəetmə prinsiplərinin tətbiqinin və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinin ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu bildirib.


Baş prokurorun müavini, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib.

O, Azərbaycanın İƏT ilə əlaqələrinin inkişafına və təşkilat çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

İƏT-in Baş katibinin müavini isə çıxışında üzv dövlətlər arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqinin və müvafiq qurumlar arasında institusional əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O, beynəlxalq təcrübə mübadiləsinin, qabaqcıl metodların tətbiqinin və dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsinin bu sahədə səmərəli nəticələrin əldə olunmasına xidmət etdiyini qeyd edib.

İclasda müxtəlif üzv dövlətlərin nümayəndələri mövzu ilə bağlı çıxış edərək, ölkələrinin təcrübəsini, mövcud yanaşmaları və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini bölüşüblər.

Belə ki, Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər, Qırğız Respublikası, Liviya, Livan, Sudan, İordaniya və digər iştirakçı dövlətlərin nümayəndə heyətləri sessiyanın yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, həmçinin Nazirlər Görüşündə qəbul edilməsi nəzərdə tutulan qətnamə layihələri üzərində aparılan işləri yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığa sadiqliklərini ifadə ediblər.
 

Bundan başqa, tədbir zamanı iştirakçılar arasında aparılan geniş fikir mübadiləsi və müzakirələr korrupsiyanın ölçülməsi metodologiyalarının təkmilləşdirilməsi, bu sahədə vahid yanaşmaların təşviqi, milli təcrübələrin qarşılıqlı öyrənilməsi və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyət kəsb edib.


Aparılmış konstruktiv müzakirələr nəticəsində iştirakçı dövlətlər qətnamə layihələri ilə bağlı bir sıra məsələlər üzrə konsensusa nail olunub.

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 1
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 2
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 3
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 4
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 5
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 6
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 7
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 8
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 9
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 10
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 11
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 12
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 13
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 14
Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

“Real”ın heyətində debütə HAZIRLAŞIR

“Real”ın heyətində debütə HAZIRLAŞIR

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

End of content

No more pages to load

RADİO