
Son illərdə ölkəmizə yeyinti məhsullarının idxalı sürətlə artır. Məsələn 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 2 milyard 67 milyon 672 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin ilk 9 ayında bu göstərici 1 milyard 880 milyon 465 min dollar idi. Beləliklə, ərzaq idxalı 187 milyon 207 min dollar və ya 10% artıb.
Bu, Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illərin yanvar–sentyabr ayları üzrə xarici ticarət hesabatlarının müqayisəsi nəticəsində məlum olub.
Yeyinti məhsullarının ümumi idxalda xüsusi çəkisi 2025-ci ilin ilk 9 ayındakı 11,21%-dən 2026-cı ilin eyni dövründə 15,49%-ə yüksəlib.
Bəs, hansı ərzaq məhsulları üzrə idxalın həcmi daha çox artıb?
Ölkədə ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 83,3% təşkil edib. Bu göstərici 2024-cü ilin 83,4%-lik nəticəsi ilə müqayisədə 0,1 faiz bəndi azalıb.
Azərbaycanda mal əti üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 83,7% təşkil edib. Bu göstərici 2024-cü ilin 88,5%-lik nəticəsi ilə müqayisədə 4,8 faiz bəndi azalıb. 2020-ci ildə eyni göstərici 87,4% olub. Beləliklə, altı il əvvəlki göstərici ilə müqayisədə dəyişiklik −3,7 faiz bəndidir.
Qoyun və keçi əti üzrə özünütəminetmə 94,2% olub
Azərbaycanda qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 94,2% təşkil edib. Bu göstərici 2024-cü ilin 96,5%-lik nəticəsi ilə müqayisədə 2,3 faiz bəndi azalıb. 2020-ci ildə eyni göstərici 97,3% olub. Beləliklə, altı ilin başlanğıcı ilə müqayisədə dəyişiklik −3,1 faiz bəndidir.
Ölkə üzrə quş əti üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 81,9% təşkil edib. Bu göstərici 2024-cü ilin 76,6%-lik nəticəsi ilə müqayisədə 5,3 faiz bəndi yüksəlib.
Azərbaycanda bitki yağları üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 52,4% təşkil edib. Bu göstərici 2024-cü ilin 55,6%-lik nəticəsi ilə müqayisədə 3,2 faiz bəndi azalıb.
Bitki yağları üzrə məlumatlar yağ emalı və təminat baxımından mühüm indikator sayılır. 2025-ci ildə göstəricinin 100%-dən aşağı olması həmin məhsul üzrə ümumi daxili istifadəni yerli istehsalın tam qarşılamadığını göstərir.
Zeytun yağı üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 73,6% təşkil edib. Bu göstərici 2024-cü ilin 71,9%-lik nəticəsi ilə müqayisədə 1,7 faiz bəndi yüksəlib.
Marqarin üzrə özünütəminetmə səviyyəsi isə 2025-ci ildə 94,4% təşkil edib. Bu göstərici 2024-cü ilin 97,7%-lik nəticəsi ilə müqayisədə 3,3 faiz bəndi azalıb.
Əsas qida məhsulu olan kərə yağı üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 62% təşkil edib. Bu göstərici 2024-cü ilin 69,8%-lik nəticəsi ilə müqayisədə 7,8 faiz bəndi azalıb.
Meyvə-tərəvəz sahəsində dinamika
Azərbaycanda pomidor üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 126,9% təşkil edib. Bu göstərici 2024-cü ilin 119,7%-lik nəticəsi ilə müqayisədə 7,2 faiz bəndi yüksəlib.
Azərbaycanda meyvə və giləmeyvə məhsulları ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 140,4%-ə yüksəlib. Alma üzrə göstərici 158,3%, nar üzrə isə 142,3% təşkil edib.
2024-cü ildə meyvə və giləmeyvə ilə özünütəminetmə səviyyəsi 128,5% olub.
Məhsullar üzrə göstəricilər fərqlənir. Alma ilə özünütəminetmə səviyyəsi 2020-ci ildəki 132,1%-dən 2025-ci ildə 158,3%-ə, nar üzrə isə 112%-dən 142,3%-ə yüksəlib.
Qoz və fındıqla özünütəminetmə səviyyəsi 127,1%, üzüm üzrə isə 92,1% təşkil edib.
Qazancımızın çoxu ərzaq məhsullarına gedir.
Dövlət Statistika Komitəsinin saytında dərc olunan "Pərakəndə ticarət dövriyyəsi haqqında" hesabatda qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
2026-cı ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhali hər nəfərə orta hesabla ayda 549,2 manat xərcləyib. Bu məbləğin 297,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 252 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Surxay Atakişiyev, Bizim.Media