“Ermənilərin ərazimizdən keçidini məhdudlaşdırmaq fikrimiz yoxdur” – Elçin Əmirbəyov

“Ermənilərin Azərbaycan ərazisindən keçid imkanını necəsə məhdudlaşdırmaq fikrimiz yoxdur”.

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.

E.Əmirbəyov Naxçıvanda və ya Azərbaycanın əsas hissəsində yaşayan Azərbaycan vətəndaşlarının bu ərazidən maneəsiz keçə bilmələri üçün Azərbaycanın Ermənistan tərəfi ilə Zəngəzur dəhlizinin bərpası barədə danışıqlara başladığını qeyd edib.
Onun sözlərinə görə, söhbət, təəssüf ki, münaqişə nəticəsində dağıdılmış 42 kilometrlik dəmir yolu xəttindən gedir.

"Lakin söhbət təkcə çatışmayan sahənin tikintisindən getmir. Yeri gəlmişkən, bizim tərəfimizdən bu iş demək olar ki, başa çatıb. Mən Horadiz-Ağbənd sahəsini nəzərdə tuturam. Əfsuslar olsun ki, Ermənistan tərəfindən heç layihənin texniki əsaslandırması üzərində iş başladılmayıb. Lakin bizim üçün əsas məsələ odur ki, bu 42 kilometrlik sahədən keçmək istəyən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi necə təmin olunacaq? Hələlik söhbət dəmir yolundan gedir.

Gələcəkdə, əlbəttə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında və daha sonra Türkiyə və Avropa istiqamətində avtomobil nəqliyyatının da razılaşdırılmasını istəyərdik. Lakin biz tərəflərin atəşkəs barədə Üçtərəfli Bəyanatları çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə istinad ediriksə, doqquzuncu paraqraf məhz kommunikasiyaların bərpası ilə bağlı bu hissəni aydın şəkildə nəzərdə tutur. Qlobal planda bu, həmçinin, Asiya ilə Avropa arasında kommunikasiyanın bərpası deməkdir", - o, deyib.

E.Əmirbəyov vurğulayıb ki,, əlbəttə, Ermənistan vətəndaşları Azərbaycan ərazisindən keçmək istəsələr, Azərbaycan tərəfi onların təhlükəsizliyini təmin edəcək.

"Elə həmin Üçtərəfli Bəyanatlar çərçivəsində Ermənistan tərəfinin dəmir yolunun yuxarıda qeyd olunan hissəsinin təhlükəsizliyinin hazırda Ermənistanın ən azı iki qonşu dövlət - İran və Türkiyə - ilə xarici sərhədlərinin təhlükəsizliyini təmin edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən təmin olunacağı barədə öhdəlik götürməsi isə digər məsələdir", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

İstanbul çimərlikləri BAĞLANDI

İstanbul çimərlikləri BAĞLANDI

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO