"Azərbaycanın qazandığı nailiyyətləri güclü liderliyin zəfəri kimi dəyərləndiririk"- GUAM-ın Baş katibi

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media məktubu təqdim edir:

"Zati-aliləri!

Zəfər Günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Onilliklər ərzində işğal altında qalmış Azərbaycan torpaqları Sizin rəhbərliyinizlə şanlı Silahlı Qüvvələrin 2020-ci ildə 44 günlük müharibədə qazandığı tarixi Qələbə nəticəsində azad olundu.

Bu qələbə həm də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına möhkəm zəmin yaratmışdır.
Beləliklə, Azərbaycan xalqının uzun müddətdən bəri arzuladığı Böyük Qayıdış nəhayət ki, reallığa çevrildi, ölkənin və xalqın tarixində yeni mərhələyə qədəm qoyuldu. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları istiqamətində göstərdiyiniz davamlı və yorulmaz səylərdə Sizə uğurlar arzulayırıq.

Biz Azərbaycanın qazandığı nailiyyətləri təkcə ədalətin bərpası və beynəlxalq hüququn təsdiqi kimi deyil, həmçinin böyük milli ideyaya əsaslanan möhkəm birliyin və güclü liderliyin zəfəri kimi dəyərləndiririk. Biz, həmçinin inanırıq ki, bu böyük Zəfər və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tam bərpası regional sülh, sabitlik və əməkdaşlığın inkişafı prosesində dönüş nöqtəsi ola bilər.

Regional təşkilat olaraq biz bu məqsədlərə dəstək və töhfə verməyə hazırıq.

Zati-aliləri, Azərbaycanın daha da güclənməsi və inkişaf etməsi, xalqın rifahının daha da yaxşılaşması prosesində Sizə böyük nailiyyətlər və yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, inkişaf və firavanlıq diləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Bakıda yaşayış binası yanır - VİDEO

Bakıda yaşayış binası yanır - VİDEO

End of content

No more pages to load

RADİO