Rumıniya Senatının sədri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da Rumıniya parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Nikolae Çuka bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

O, Azərbaycan ilə Rumıniya arasında dərin dostluq əlaqələrinin olduğunu qeyd edib, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını diqqətə çatdırıb.

Nikolae Çuka dövlətlərimiz arasında olan yüksəksəviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığını, parlamentarilərin, dostluq qruplarının təmaslarının önəmini vurğulayıb. Senatın sədri bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparmaq baxımından önəmini qeyd edib. 

Nikolae Çuka Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə, o cümlədən, enerji, nəqliyyat, səhiyyə, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib.

O deyib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyəti nə qədər dəstəklədiyi göz qabağındadır. 

Sahibə Qafarova öz növbəsində bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. 

Görüşdə Azərbaycan ilə Rumıniya arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub. 

O, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən ötən üç il ərzində Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar, ərazilərimizin minalanması, mina partlayışları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin həlak olması, Azərbaycan ərazisində separatizmin dəstəklənməsi və digər faktları diqqətə çatdırıb. S.Qafarova, həmçinin Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladıb. 

Görüşdə Qarabağın erməniəsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə də danışılıb. 

Nikolae Çuka ölkəsinin Azərbaycanın hər zaman ərazi bütövlüyünü tanıdığını, sülh planını dəstəklədiyini bir daha bəyan edib, ərazilərin minalanmasının dəhşətli nəticələrə gətirib çıxardığını deyib, danışıqlar nəticəsində tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

Dövlət Statistika Komitəsində bir vəzifə LƏĞV OLUNDU

Dövlət Statistika Komitəsində bir vəzifə LƏĞV OLUNDU

Özbəkistanla Ordubadı birləşdirən 500 illik SİRR

Özbəkistanla Ordubadı birləşdirən 500 illik SİRR

Kofe sevənlərə BƏD XƏBƏR

Kofe sevənlərə BƏD XƏBƏR

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Laçında Beynəlxalq Film Festivalı başladı

Laçında Beynəlxalq Film Festivalı başladı

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

End of content

No more pages to load

RADİO