Qəzza zolağı niyə əhəmiyyətlidir?

Qəzza zolağı niyə əhəmiyyətlidir?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 7 oktyabrda Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hücum təşkil edib. Bunun ardınca İsrail ordusu “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olunub. 

Lakin bu, İsrail və Fələstin arasında ilk qarşıdurma deyil, hər iki dövlətin yaşadığı fikir ayrılıqları uzun tarixi dövrü əhatə edir:

Bizim.Media xarici KİV-ə istinadən İsrail və Fələstin arasındakı münaqişənin tarixini və Qəzza zolağının əhəmiyyətini təqdim edir:

Hələ tarixən ərəb və yahudilər arasındakı din və fikir ayrılıqları onların eyni bölgədə məskunlaşmasında çətinliklər yaradıb.  

1897-ci ildə baş tutan Birinci Sionist Konqresində və 1917-ci il Balfur Bəyannaməsində Fələstində yəhudi vətəni iddialarının elan edilməsi bölgədə ilkin gərginlik yaradıb.

İngiltərə hökumətinin “Fələstində yəhudi xalqı üçün milli ev yaratmaq” öhdəliyini özündə əks etdirən Fələstin Mandatının yaradılmasından sonra gərginlik yəhudilər və ərəblər arasında münaqişəyə və silahlı insidentə çevrilməyə başlayıb.

Münaqişəni həll etmək üçün ilk cəhdlər 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının Fələstin üçün Bölmə Planında ön əksini tapıb.

Lakin bu sənəd iki tərəf arasında problemlərin daha da alovlanmasına səbəb olub. Nəticədə 1947-1949-cu illəri əhatə edən İsrail-Fələstin müharibəsi başlayıb.

Həmin müharibədən sonra müəyyən sakitlik dövrü olsa da, 1967-ci ildə Altı Günlük İsrail-Fələstin müharibəsi baş tutub.

Uzunmüddətli sülh prosesinə baxmayaraq, israillilər və fələstinlilər yekun sülh razılaşmasına nail ola bilməyiblər.

1993-1995-ci illərdə Oslo razılaşması ilə iki dövlət həll yolunda irəliləyiş əldə edib.

Lakin Qəzza bölgəsinin mövcudluğu hər iki tərəf arasında münaqişənin yenidən alovlanmasına yol açıb.

Tarixən Osmanlı İmeratorluğunun tərkibində olan Qəzza imperatorluq dağıldıqdan sonra İngiltərənin mandatına keçib.

Qəzzanın idarəsi 1948-ci ildə Fələstin Muxtariyyətinin ixtiyarına verilib. 1959-cu ildə Fələstin Muxtariyyətinin ləğvindən sonra bölgə Misirin nəzarətinə keçib. 1967-ci ildə 6 günlük müharibədən sonra isə bölgə İsrailin işğal etdiyi yerlər arasında olub. 1994-cü ilin mayında əldə edilən Oslo razılaşması ilə Qəzzanın böyük hissəsi Fələstin rəhbərliyinə keçib.

2007-ci ildə “HƏMAS” əraziyə nəzarəti ələ keçirdikdən sonra zamanla tam blokada tətbiq edib.

Bu blokadaya görə insanların və malların əraziyə girişi ciddi nəzarətdə saxlanılır.

BMT və humanitar yardım təşkilatları vasitəsilə Qəzzaya ərzaq və tibbi ləvazimat kimi bir çox mal gətirilə bilər.

Bölgədə 2008, 2009, 2012 və 2014-cü illərdə həyata keçirilən İsrailin hərbi əməliyyatları zamanı infrastruktur obyektləri ziddi şəkildə zədələnib.

Bu səbəbdən bölgədə su və enerji çatışmazlığı pik həddə çatıb.

Qəzza hələ də HƏMAS-ın hakimiyyəti altındadır. HƏMAS hakimiyyətə gəldikdən sonra İordan çayının qərb sahilinə nəzarət edən Fələstin Muxtariyyətindən fərqli olaraq daha çox İslami siyasət həyata keçirməyə başladı. HƏMAS-la birlikdə Qəzzada spirtli içki satışı qadağan edildi və qadınların hicab taxması tələb edildi. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

End of content

No more pages to load

RADİO