"Biz qapıları açdıq, ermənilərin hərəkət azadlığına hörmət etdik” - Hikmət Hacıyev

Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində Ermənistan hakimiyyətinin etnik təmizləmə və soyqırımı ilə bağlı ittihamlarına cavab olaraq bildirib.

Prezidentin köməkçisi erməni sakinlərin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu deyib.

"Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik. Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır ki, bu da Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi hərəkətdir. Amma bu, o demək deyil ki, biz eyni şeyi təkrarlayacağıq. Mülki əhaliyə qarşı bir dəfə də zorakılıq olmayıb. Onlar özləri də bunu təsdiqləyirlər", - H.Hacıyev vurğulayıb.

H.Hacıyev qeyd edib ki, Qarabağda erməni vətəndaşı olmayıb:

"Biz onları həmişə Azərbaycan vətəndaşı hesab etmişik, lakin təəssüf ki, qanunsuz separatçı qurum onlarla birbaşa əlaqəmizə imkan vermədi”.

Onun sözlərinə görə, Qarabağdakı erməni azlıqların nümayəndələri ilə danışıqlar məhsuldar keçib və məqsəd yalnız qanunsuz erməni silahlı birləşmələrinin tərksilahına yönəlib.

Ermənistanın Azərbaycanı qanunsuz olaraq insanları həbs etməklə bağlı ittihamına gəldikdə, H.Haciyev müharibə cinayətlərində təqsirli bilinən bir neçə nəfərin saxlanıldığını əlavə edib:

“Biz bilirik ki, Ermənistanda və beynəlxalq mediada bütün hərbçiləri həbs edəcəyimizlə bağlı qorxu var idi. Əgər kimsə silahı yerə qoyarsa, o, azaddır və öz seçimi ilə Ermənistana getməyə qərar verib. Mülki şəxslərə gəlincə, biz qapıları açdıq və onların hərəkət azadlığına, seçim azadlığına hörmət etdik. Onların çoxu deyir: Mən Azərbaycan bayrağı altında yaşaya bilmərəm.

Buna haqq qazandıra bilməsəm də, başa düşə və hörmət edə bilərəm. Əgər erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etsələr, biz onların hüquq və təhlükəsizliyini qoruyacaq, eləcə də bələdiyyə sistemi yaradacayıq ki, yerli-yerində öz işlərini idarə edə bilsinlər, həmçinin dini və mədəni hüquqları təmin olunsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

End of content

No more pages to load

RADİO