Göyçayda kişini ilan sancıb. Hadisə rayonun Aşağı Qaraməryəm kəndi ərazisində qeydə alınıb.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, 40 yaşlı Coşqun Füzuli oğlu Zərbəliyev təsərrüfat işləri ilə məşğul olarkən ilan onun əl barmağından sancıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.
Bizim.Media