Soyuq müharibə dövrünə giriş – Rusiyaya qarşı “Kissincer diplomatiyası” işə düşür

ABŞ xarici işlər naziri Antoni Blinken mart ayının əvvəlində keçirdiyi mətbuat konfransında Bayden administrasiyasının xarici siyasət strategiyası ilə bağlı məsələlərə aydınlıq gətirmişdi.

Blinkenin açıqlamasında bir neçə önəmli məsələ ilə yanaşı Çinə xüsusi yer ayrılması diqqət çəkirdi. Blinken Çini “XXI əsrin ən böyük geosiyasi sınağı” adlandırır və Qərb dəyərlərini təhdid edəcək tək dövlət olduğunu vurlayırdı.

Növbəti günlərdə isə ABŞ Müdafiə nazirinin də daxil olduğu heyət Uzaq Şərqə səfər edib və ABŞ-ın müttəfiqləri ilə müzakirələr aparıb.

 

MÖVZU İLƏ BAĞLI:

Co Bayden Rusiya ilə müharibəyə gedəcəkmi?


Uzaq Şərqlə bağlı strateji hədəfini artıq müəyyənləşdirən Bayden administrasiyası Çinlə qarşılıqlı müzakirələr aparmaqda istəkli olduğunu qeyd edib. 20 mart tarixində isə ABŞ və Çin rəsmiləri arasında olduqca gərgin və söz dueli formatında keçən Alyaska görüşü baş tutdu.

Diqqət çəkən bir digər məqam isə görüşün Bayden Administrasiyasının Rusiyaya qarşı təzyiqlərini gücləndirdiyi bir dövrə təsadüf etməsidir. Aydındır ki, yeni ABŞ rəhbərliyi Çini Rusiyadan daha ciddi rəqib olduğunu başa düşür.

İstər iqtisadi, istərsə də siyasi baxımdan Çin ABŞ-a rəqib olacaq tək dövlətdir. Bayden administrasiyası da bunu çox yaxşı başa düşür. Lakin Donald Trampın etdiyi kimi birbaşa Çini hədəf almaq və ona qarşı ticari-hərbi ekspansiyaya başlamağ ağıllı qərar hesab etmir.

 

ABŞ xarici siyasət ənənəsi Avrasiya geosiyası məkanında Rusiya və Çin arasındakı uzunmüddətli və gizli rəqabətdən xəbərdardır. Hər hansı xarici təhdid olmadığı müddətcə bu iki dövlət bir birinə rəqib olmağa davam edəcək.


Çinin Rusiyanın Uzaq Şərqdəki boş, lakin faydalı qazıntılarla zəngin ərazilərinə qarşı tarixi iddiaları mövcuddur. Orta Asiya da hər iki dövlətin iqtisadi maraqlarının toqquşduğu əsas məkandır.

Bu yanaşmanın ilk fərqinə varan məşhur yəhudi əsilli ABŞ dövlət xadimi Henri Kissincer olub. Riçard Niksonun xarici siyasət naziri olmuş Kissincer 1971-ci ildə ABŞ və Çin arasındakı münasibətləri yenidən başladan şəxsdir. Kissincerə qədər ABŞ rəhbərliyi Çini kommunist bir ölkə olduğu üçün SSRİ-nin müttəfiqi hesab edir və eynilə SSRİ kimi düşmən gözündə görürdü. 

Vyetnamda ABŞ-ın SSRİ-Çin ittifaqına məğlubiyyəti Kissinceri haqlı çıxaran əsas hadisələrdən biri oldu. 1971-ci ildən etibarən Kissincer rəhbərliyində ABŞ diplomatiyası Çinlə fəal müzakirələrə başladı.

 

Nəticədə bir neçə il içərisində Çin-ABŞ münasibətləri inkişaf edərkən, SSRİ və Çin arasında ciddi anlaşmazlıqlar yaranmağa başladı. Avrasiyasın iki kommunist ölkəsini bir birindən ayırmağı bacaran Kissincer diplomatiyası öz dövründə yetəri qədər uğurlu oldu.


Kissincer hələ 2020-ci ilin noyabr ayında Blomberqə verdiyi açıqlamada Bayden hökümətini Çinlə diplomatik münaisbətləri yenidən bərpa etməsinin vacibliyi qeyd edirdi. Düzdür, Kissincer bunu sadəcə “iki nəhəng dövlətin rəqabəti dünyanı məhv edə bilər” emosionallığı ilə izah edirdi.

Lakin məsələnin pərdə arxası olduqca fərqli idi.

ABŞ xarici siyasəti uzun illər keçsə də “Soyuq müharibə” düşüncəsindən tam şəkildə xilas ola bilməyib. Bu səbəblə də Rusiyanı əzəli və əbədi düşmən kimi qəbul edir. Bəli, Çin daha güclü rəqibdir, ancaq öncəliklə Rusiyanın sıradan çıxarılmalıdır.

Çünki Çinin tək istəyi öz maraqlarının reallaşması, Avrasiyada əsas söz sahibi olmasıdır. Bunun üçünsə ilk iş mümkün Rusiya-Çin ittifaqının qarşısını almaq, Çinlə diplomatik münasibətləri normallaşdırmaq və Rusiyaya təzyiqi artırmaqdır. 

Görünən odur ki, Bayden administrasiyası Kissincer diplomatiya ənənəsini yenidən tətbiq etməyə qərar verib. Bu yanaşma Çin üçün də olduqca əlverişlidir. Çünki ABŞ-ın bu mövqeyindən istifadə edən Çin Rusiyaya daha çox təsir imkanı əldə edə biləcək.

Alyaska görüşündən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Pekinə dəvət olunması da elə bundan xəbər verir.

Rusiyaya təklif olunan seçimlər çox azdır, ya Çinin hegemonluğunu tanıyacaq, ya da keçmişdə olduğu kimi ABŞ-ın qarşısında tək dayanmalı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Şəhid övladı VƏFAT ETDİ

Şəhid övladı VƏFAT ETDİ

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Tiktoker "Murad Sadə" həbs edildi

Tiktoker "Murad Sadə" həbs edildi

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO