Rəsmi Bakıdan Vaqif Xaçatryanın həbsi ilə bağlı İrəvana SƏRT REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildiriblər ki, açıqlamada deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Xocalıda soyqırım törədən ermənilərdən biri Laçında SAXLANILDI - RƏSMİ


“Ermənistan Xarici İşlər Nazirliyi iyulun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçatryan adlı şəxsin Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalar ilə məşğul olmaqdadır.

Ermənistan tərəfinin məsələ ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.

Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.

Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.

Vaqif Xaçatryanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.

Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.

BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb və onlara qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməyib.

Bununla əlaqədar, sərhəd buraxılış məntəqəsindən keçən şəxslərə təhdid olduğu barədə Ermənistan XİN-in iddiası tamamilə yalandır və bu yalnız erməni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır.

Azərbaycan tərəfinin qeyd edilən şəxsi həbs edərkən beynəlxalq humanitar hüququ pozması barədə Ermənistan tərəfindən səsləndirilən iddiaya gəldikdə xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur.

Ümumiyyətlə, 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir.

Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.

Bunun əksinə, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması, bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil.

Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

Azərbaycan hərbçilərinə amerikalı mütəxəssislər dərs keçəcək - FOTO

Azərbaycan hərbçilərinə amerikalı mütəxəssislər dərs keçəcək - FOTO

Paşinyan: “Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Paşinyan: “Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

Azərbaycanda mobil internet gerilədi - Statistika

Azərbaycanda mobil internet gerilədi - Statistika

PA-nın Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün CƏDVƏLİ

Azərbaycanlı məşhurun nəvəsinə məxsus əmlaka HƏBS QOYULDU

Azərbaycanlı məşhurun nəvəsinə məxsus əmlaka HƏBS QOYULDU

Yevlax sakinlərinə xəbərdarlıq: Avqustun 26-da...

Yevlax sakinlərinə xəbərdarlıq: Avqustun 26-da...

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

End of content

No more pages to load

RADİO