Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında MÜQAVİLƏ imzalanıb

İyulun 29-da Şuşa şəhərində Türk dövlətlərin həmkarlar ittifaqlarının birgə yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, tədbirimizin Şuşa şəhərində keçirilməsinin öz rəmzi mənası var, bura xalqımız üçün müqəddəs və əziz məkandır.


İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdıldı. Siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz.

Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları və birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işləri davam etdirilir. Artıq Zəngilan və Laçın sakinlərinin 30 ildən sonra öz doğma yurdlarına qayıtması ilə “Böyük qayıdış” planına start verilib.
Bir sözlə, gözəl Qarabağımız, o cümlədən 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşa özünün intibah dövrünü yaşayır”.

Türk dövlətləri arasında olan münasibətlərdən, əməkdaşlıq əlaqələrindən danışan AHİK sədri qardaş ölkələrin bir-birinə yaxınlaşmasında Azərbaycan dövlətinin rolunu qeyd edib.

Bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz Naxçıvan şəhərində yaradılıb:


“Azərbaycanın türkdilli ölkələrlə münasibətləri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”si ilə inkişaf etməkdədir.

Qardaş ölkələrin təşkilatlanması, vahid gücə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri və qətiyyəti sayəsində mümkün olub”.

Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb.

AHİK sədri qeyd edib ki, Türk dövlətlərinin həmkarlar ittifaqları arasında da münasibətlər yüksələn xətlə inkişaf etməkdədir:


“Baş tutan ikitərəfli səfərlər, aparılan fikir və təcrübə mübadilələri, həmçinin imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək və həmrəylik əlaqələrimizin dərinləşməsinə səbəb olub. Beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatlarının Azərbaycanda keçirdiyi, demək olar ki, bütün tədbirlərdə Türk ölkələrindən olan həmkarlarımız yaxından iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir çox türkdilli ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa dair müqavilələri var”.

Səttar Möhbalıyev həmçinin Türk ölkələrinin həmkarlar ittifaqlarının təşkilatlanmasının əhəmiyyətindən də söz açıb.

TÜRK-İŞ-in sədri Ərgün Atalay çıxışında Şuşanın gözəlliyinə heyran qaldığını deyib və şəhidlərimizə Uca Yaradandan rəhmət diləyib.

Əlavə edib ki, Türk dövlətləri arasında keçirilən görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar və imzalanan sənədlər imkan yardır ki, qardaş ölkələr həmrəy olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər:


“Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu birliyin təməl prinsipləridir. Ölkələrimizin həmkarlar ittifaqları səviyyəsində də əlaqələrimizi daha da genişləndirmək, əmək hüquqlarının qorunması istiqamətində səylərimizi birləşdirmək qarşımızda duran əsas vəzifələrdir”.
Sonra Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arstanbekov və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətəliyev çıxışlar edərək Türk dövlətləri arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafından, o cümlədən həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən danışıblar.

Ardınca Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması haqqında müqavilə imzalanıb.

İmzalanma mərasimində AHİK sədri Səttar Möhbalıyev bildirib ki, TDHİT-ni yaratmaqda məqsədimiz işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirməkdir:


“Bu ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək. Həmçinin biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə çalışacaq, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayiş etdirəcəyik.

İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti səmərəli olacaq, daim inkişaf edəcək, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək”.
Tədbir yekunlaşdıqdan sonra Şuşa şəhərini gəzən qonaqlara ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyan barədə məlumat verilib. Onlar həmçinin şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə də tanış olublar.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Erməni hərbçi evində asılmış vəziyyətdə tapıldı

Erməni hərbçi evində asılmış vəziyyətdə tapıldı

Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi – VİDEO

Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi – VİDEO

İyulda təyin olunan Avstriyadakı səfirimiz etimadnaməsini təqdim etdi - FOTO

İyulda təyin olunan Avstriyadakı səfirimiz etimadnaməsini təqdim etdi - FOTO

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

Azərbaycan hərbçilərinə amerikalı mütəxəssislər dərs keçəcək - FOTO

Azərbaycan hərbçilərinə amerikalı mütəxəssislər dərs keçəcək - FOTO

Paşinyan: “Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Paşinyan: “Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

Azərbaycanda mobil internet gerilədi - Statistika

Azərbaycanda mobil internet gerilədi - Statistika

PA-nın Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün CƏDVƏLİ

Azərbaycanlı məşhurun nəvəsinə məxsus əmlaka HƏBS QOYULDU

Azərbaycanlı məşhurun nəvəsinə məxsus əmlaka HƏBS QOYULDU

Yevlax sakinlərinə xəbərdarlıq: Avqustun 26-da...

Yevlax sakinlərinə xəbərdarlıq: Avqustun 26-da...

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

End of content

No more pages to load

RADİO