ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının beynəlxalq sularında minalardan təmizləmə əməliyyatını başa vurduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki paylaşımında yazıb.
Trampın sözlərinə görə, amerikalı hərbçilər boğazın beynəlxalq sularındakı bütün minaları çıxarıb və yaxud partladıblar.
O, həmçinin İrana xəbərdarlıq edərək “yeni minalar quraşdırmağa cəhd edən istənilən gəmi və ya qayıq dərhal və sistematik şəkildə məhv ediləcək", - deyib.
"Kosmik Qüvvələr vasitəsilə biz boğazın hər bir kvadrat düymünü, eləcə də Pikeks-Mauntin (Qazma dağı) və artıq məhv edilmiş digər üç nüvə obyektini izlədiyimiz kimi nəzarətdə saxlayırıq", — deyə ABŞ prezidenti yazıb.
Tramp minaların basdırılmasına qarşı "sıfır dözümlülük" siyasətinin qüvvədə olduğunu vurğulayıb.
Bizim.Media