Ermənistan tırları Laçından maneəsiz keçid edə bilməzlər – HÜQUQİ İZAH

“Ermənilərin İrəvandan Qarabağa humanitar yardım adı altında göndərdiyi yük karvanı sərhədimizə çatıb və elə oradaca qalıb, ərazimizə keçə bilmir. Bununla bağlı Ermənistan rəsmiləri çeşidli bəyanatlar verirlər, ölkəmizi beynəlxalq hüququ pozmaqda suçlayırlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Erkin Qədirli teleqram kanalında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Laçın məntəqəsindən növbəti sərbəst KEÇİDİ – VİDEO  


“Bir tək ermənilər olsaydı, nə vardı ki. Beynəlxalq təşkilatlardan, eləcə də bəzi ölkələrdən oxşar iradlar bildirildi. Görünən odur ki, məsələni əsassız şəkildə siyasiləşdirmək cəhdləri davam edir, bu isə öz növbəsində ölkəmizə qarşı qərəzli münasibətin olduğunu bir daha üzə çıxarır. Bunu anlamaq çətin deyil, məsələyə hüquq gözüylə baxmaq yetər”, - deyə deputat əlavə edib. 

Erkin Qədirli məsələyə beynəlxalq hüququn prinsipləri aspektindən yanaşıb:

“Ermənilərin, eləcə də onları dəstəkləyənlərin iddiasına görə, Azərbaycan beynəlxalq hüququ, özəlliklə də Beynəlxalq Məhkəmənin aralıq tədbirləri haqqında qərarını pozur. Bu, elədirmi?
Beynəlxalq hüquqda sərbəst hərəkət etmək hüququ vardır. Bu hüquq Azərbaycanın Konstitusiyasında da təsbit edilib (maddə 28):

"Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər."

Burada açar söz birləşməsi budur - qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan. Beynəlxalq hüquqa görə də belədir. Sərbəst hərəkət hüququ mütləq deyil, onu məhdudlaşdırmaq üçün hüququn özündə bir sıra əsas vardır. Onlardan biri və birincisi - dövlət ərazisində qanuni surətdə olmaqdır.
Aydındır ki, bir dövlətin öz vətəndaşları anlayışa görə hər zaman onun ərazisində qanuni olurlar. Başqa dövlətlərin vətəndaşları üçün qanuni surətdə ərazidə olmaq şərtinin bir sıra önşərti vardır. Onlardan da biri və birincisi - dövlətin ərazisinə qanuni yolla girməkdir. 

Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları sayıldığına görə, onların sərbəst hərəkət etmək hüququ sorğulanmır. Hər bir Azərbaycan vətəndaşı kimi, onlar da Azərbaycandan gedə, Azərbaycana qayıda bilərlər. Onların bu hüququnu məhduldaşdıran yoxdur.

Laçında qurulmuş nəzarət-buraxılış məntəqəsi də onun üçündür ki, Azərbaycana gələnlərin və Azərbaycandan gedənlərin qanuniliyini yoxlasın. Yeri gəlmişkən, Beynəlxalq Məhkəmə Laçın NBM-in beynəlxalq hüquqa zidd olmasıyla bağlı Ermənistanın müraciətini təmin etməyib”. 

Deputatın sözlərinə görə, Beynəlxalq Məhkəmənin aralıq tədbirlərilə bağlı qərarında yazılıb ki, Azərbaycan Laçın yoluyla şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətə maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir:

“Məhkəmənin bu qərarı bütün şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə aid olunmur. Bu hüquq ancaq Azərbaycan ərazisində qanuni surətdə olanlara aiddir. Buradan anlaşılır ki, Qarabağdakı ermənilər bu hüquqdan istifadə edə bilərlər və edirlər, amma başqa dövlətlərin, özəlliklə hələ də düşmən olan Ermənistan vətəndaşlarında belə bir hüquq yoxdur, ola da bilməz.

Başqa dövlətlərin vətəndaşları bu hüququ yalnız qanuni yolla ərazimizə girəndən sonra əldə edə bilərlər. Odur ki, Azərbaycandan icazə alınmadan hansısa şəxslərin, nəqliyyat vasitələrin, ya da yüklərin xaricdən gəlməsi və ya gətirilməsi hüquqa uyğun deyildir.

Digər tərəfdən, Laçın yoluyla hər iki istiqamətə sərbəst hərəkət etmək yalnız Qarabağdakı ermənilərin hüququ deyil, ola da bilməz.

Bu hüquq Azərbaycanın bütün vətəndaşlarına məxsusdur. Bunu həm beynəlxalq hüquq, həm də Azərbaycan Konstitusiyası belə deyir. Bu, Beynəlxalq Məhkəmənin qərarından da anlaşılır. 

Bəs, gerçəklikdə necədir? Erməni olmayan Azərbaycan vətəndaşlarımız Laçın yoluyla Xankəndiyə gedə bilirmi?

Yox. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər buna diqqət edirmi, bununla bağlı narahatlığını bildirirmi? Yox. Buradan onların ölkəmizə qərəzli yanaşması aydın görünür. Bu yanaşma beynəlxalq hüquqa görə də doğru deyildir. 

Bundan əlavə, Beynəlxalq Məhkəmənin qərarında yazılıb ki, Azərbaycan ancaq əlində olan bütün tədbirləri görməlidir. Azərbaycan əlində olan hər şeyi edir. Laçında qurulmuş nəzarət-buraxılış məntəqəsi də bunun üçündür.
Azərbaycanın əlində olmayan tədbirlərin görülməməsi Azərbaycan tərəfindən beynəlxalq hüququ pozmaq anlamına gələ bilməz, çünki hüququn təməl prinsiplərindən biri budur - heç kəs mümkün olmayan bir nəyəsə görə borclu sayıla/məcbur edilə bilməz. Hamıya, o cümlədən Beynəlxalq Məhkəməyə, yaxşı məlumdur ki, Azərbaycan Qarabağın tamamına hələ nəzarət edə bilmir. Bu, çox önəmli bir kontekstdir, Azərbaycan dövlətinin öhdəliklərinin həcminə önəmli dərəcə də təsir edir”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı

End of content

No more pages to load

RADİO