Qırmızı Xaç azərbaycanlı əsirlərin ölümünə necə GÖZ YUMDU? – FOTO/VİDEOFAKT

“Beynəlxalq Qırmızı Xaç Komitəsini Azərbaycana gəlməsi Qarabağ müharibəsinin ilkin illərinə təsadüf edir. Bakıda ofis açan bu təşkilat ilk günlərdən müharibə edən iki dövlət arasında olan əsir və itkin düşmüş, girovluqda olan şəxslərin səhhəti və geri qaytarılması ilə məşğul olmağa başlamışdı. Etiraf edirəm,  köməkliklər də ediblər. Amma bu köməkliklər tam idimi?”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tarixçi alim, dosent Zaur Əliyev deyib.

Alim Qırmızı Xaçın ermənilərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərə göz yumması ilə bağlı faktları da təqdim edib:  

“1994-cü ildə Qırmızı Xaç bölgədə sənədli film hazırlayır. Kadrlarda əsasən erməni əsirliyində olan yaşlı qadınlar və uşaqları çəkiblər. Əsir və girovluqda olan kişilər barədə heç bir kadr yoxdur. Bunu bilərəkdən edən komitə əməkdaşları niyə o illərdə əsir və girovluqda olan mülki və hərbi şəxslərin (kişilərin) kadrlarını çəkməmişdi ? 

Çünki səbəb bəlli idi, ermənilərə təzyiq edib bu şəxsləri geri almaq maraqlarının olmaması, bəlkə də bu yöndə tapşırıqlarının olması idi. Kadrlara fikir verin. Maşınların belində aparılanlar, binaların qarşısında duranlar, otaqlarda olanlar və yerdə oturanlar hamısı əsirlikdə olanlardır. Qırmızı Xaç bunların hamısını geri qaytardımı? Xeyr. 

Kadrlarda görünən xanımlardan biri Gülcəmal Quliyeva adlı azərbaycanlıdır. Kəlbəcərdə əsir düşüb. Hamilə idi. Onun işi yaralı azərbaycanlı əsirlərə xidmət etmək idi. Hamilə Gülcəmal barəsində Qırmızı Xaç məlumatlı idi. Onun haqqında bir neçə əsir də məlumat verib ki, belə qadın var. 
O qadın Arzu Hacıyev adlı uşaq dünyaya gətirir. Uşaq Komitənin siyahısına düşür. Sonra uşaq Aida Serboryan adlı "həkim"in əlinə verilir və 2003-cü ilə qədər onun üzərində tibbi eksperimentlər aparılır. Nəticədə Arzu dünyasını dəyişir. Necə oldu komitənin siyahıya aldığı uşaq belə tibbi işgəncələrə məruz qalır? Yaxud bu kadrlarda olan uşaqların hamısının taleyi barədə məlumat verilmir?” 

Zaur Əliyev bildirib ki, Qırmızı Xaçın nümayəndələri əsirlərmizi yoxlamağa gələndə onların üzlərinə belə baxmayıblar:

“1992-ci ilin mart ayında soyuqda, açıq havada qəfəsdə saxlanılan Xocalı sakinlərinin lüt və əlləri ayaqları bağlı halda gördükdən sonra niyə onlara kömək addımı atmadılar? Rusiyada 2017-ci ildə Qırmızı Xaç təşkilatının ofisi böyük miqdarda pul toplayıb Qarabağda işğalçı rejimə yardım edəndə niyə Bakı ofisi susdu? 

1994-cü ildə əsirlikdə olan 23 nəfər Azərbaycanlının hamısı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıbmış. Ona görə də ermənilər məcbur qalaraq öldürülən 8 nəfərin nəşlərini Azərbaycana təhvil verməli olmuşdular. 

Onlar iddia edirdilər ki, sözügedən şəxslər guya qaçış zamanı öldürülmüşdü. Ancaq Böyük Britaniyanın Dandi Universitetinin pataloqu Derrik Paunder bu iddiaları təkzib edən faktları sadalayıb. O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri var idi. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülmüşdü. Öldürülən üç nəfərlə bağlı təkzibedilməz dəllilər isə ondan ibarət idi ki, tapançanın lüləsi onların başlarına dirəndikdən sonra atəş açılmışdı. Əsgərlərdən biri isə yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülmüşdü”.

Qırmızı xaç komitəsi bunu niyə beynəxalq səviyyə qaldırmadı? Yüzlərlə azərbaycanlı əsirlərin orqanları çıxarılıb satıldı, komitə bilə-bilə niyə susdu? 

“Hələ 8 il öncə Kəlbəcər işğalda olan zaman Zod yatağından onlara təqdim etdiyimiz əli elektron qandalı və burda işlədilən azərbaycanlı əsirlər barədə Komitə heç bir araşdırma aparmadı. Halbuki, biz onların saxlandığı dəmir çənləri də göstərmişdik. Hətta, İrəvanda boynunda zəncir dizi üstə saxlanılan azərbaycanlılar barədə türk sürücü orda həbsxanada görüb müsahibə vermişdi, komitə niyə dərhal işə keçmədi? 

Faciəli Daşaltı əməliyyatından sonra bir gündə dəfn edilən 90-dan çox azərbaycanlı hərbçinin meyidlərinin yerini bilən, üstlərindən çıxan sənədlər üzrə qeydiyyat aparan Komitə niyə indiyə qədər, hətta bu gün ora azad olunmasına baxmayaraq, siyahını təqdim etmir? Basdırılmış yeri göstərmir ? 

Çox sual vermək olar, səbəbini qısa bir faktla ifadə edəcəm. 2016-cı ildə Avstriyada Komitənin nümayəndəliyinin belə qərarı olmuş idi. Donor kimi türk və müsəlmanlardan qan almayın, bu qan guya mundardır və xristianlara və yəhudilərə vurula bilməz.
Məncə bu Komitənin tam iç üzünü göstərir və Ermənistandan bu Komitənin maşınları içərisində Qarabağa qanunsuz malların aparılması onu sübut edir ki, bu təşkilatın məqsədi vasitəçi və yardımçı olmaq deyil, müsəlmanlara qarşı xristian erməniləri dəstəkləmək və səlib yürüşünün müasir formasını həyata keçirməkdir...”
 



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

End of content

No more pages to load

RADİO