Ermənistanı “suriyalaşdırmaq” planı AKTİVLƏŞİR – TƏHLİL 

44 günlük müharibədə Ermənistan təkcə Azərbaycanın işğal altında olan ərazilərindəki iqtisadi dividendlərini itirmədi, həm də beynəlxalq maliyyə və siyasi dəstəkdən xeyli ölçüdə məhrum oldu. 

Rusiya Ermənistandan üz çevirir?

Məlum olduğu kimi son 30 ildə Ermənistan Rusiyanın bir anklavı kimi fəaliyyət göstərib. Vaxtilə bu ölkənin hətta büdcə xərclərinin bir hissəsi rəsmi Moskva tərəfindən ödənilirdi. Bundan başqa Ermənistan sərhədlərini rus hərbçiləri qoruyur, dəmir yolu və digər nəqliyyat xidmətləri birbaşa Rusiya şirkətlərinə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Qarabağ ermənilərini qurban verməyə hazırdır - VİDEO


Lakin 44 günlük müharibədən sonra Ermənistan bir sıra dividendlərdən, ən əsası Rusiyanın maddi yardımlarından qismən məhrum oldu. Bunun bir səbəbi Paşinyan iqtidarının Qərb yönümlü siyasəti idisə, digər vacib faktor Azərbaycanın regionda, o cümlədən Rusiya üçün vazkeçilməz aktora çevrilməsi idi. Rəsmi Moskva Azərbaycana “arxa bağça”sı kimi baxmır. Rusiya Azərbaycanı bərabər hüquqlu və strateji tərəfdaş kimi görür. Ona görə də Azərbaycanla münasibəti korlamamaq üçün Moskva Ermənistanla münasibətlərdə korrektə etmək zorunda qaldı.

Rusiyanın buraxdığı iplər Qərbin əlində

Rusiyanın Cənubi Qafqaz siyasətində etdiyi dəyişiklik ,təbii ki, Paşinyan hökümətini, ümumilkdə isə erməni diasporunu qane etmədi. Ona görə də rəsmi İrəvan Rusiyaya əzələ göstərmək eşqinə düşdü, qərbə meyilləndi. Başı beynəlxalq sanksiyalarla mübarizəyə və Ukrayna ilə müharibəyə qarışan Rusiya Ermənistanda baş verənlərin fərqində olsa da qəti addımlar atmağa tələsmir. 

Rusların hazırda əsas amalı Qərblə mübarizədən daha az itkilərlə çıxmaqdır. Ermənistanınsa ipi hər zaman Moskvanın əlindədir. Kremlin bu vəziyyətini fürsətə çevirmık istəyən Paşinyan iqtidarı növbəti sevdaya düşdü. 

Qərblə yanaşı bəzi Şərq dövlətləri ilə də münasibətləri istiləşdirməyə çalışdı.  Təsadüfi deyil ki, son 3 ildə Ermənistan-İran münasibətləri görünməmiş həddə qədər yaxınlaşıb. Bundan başqa ermənilər Hindistanla da münasibətləri yeni mərhələyə qaldırmaq istəyir. Hələ Yunanıstanla və Kiprlə aparılan separat danışıqları demirik. 

Gərginlik artır...

Ermənistan hakimiyyəti bununla da Rusiyadan vaxtilə aldığı iqtisadi və siyasi dəstəyi Qərb və Şərq dövlətindən almaq istəyir. Bu yolda isə ən çox türkofobiya xəstəliyinə yoluxmuş ölkələrlə əməkdaşlıq ön plana çəkilir. Bununla ermənilər iki məsələni hədəfləyirlər. Bunun birincisi Cənubi Qafqazda yeni antitürk birliyi yaratmaq istəyidir. 

İkincisi isə vaxtilə Rusiyadan aldığı iqtisadi yardımları yeni dövlətlər hesabına kompensasiya etməyi düşünür. Amma dar düşüncəli erməni liderləri bir şeyi unudur ki, ölkəyə gətirilən istənilən gücün öz korporativ maraqları var. Və bu maraqlar gec-tez toqquşa bilər. Bu isə çox böyük qarşıdurma və bəlkə də müharibənin baş verməsini mümkün qıla bilər. 

Nəticədə özünü hamıdan ağıllı bilən erməni siyasətçilər yaxın illərdə Ermənistanı Suriya və yaxud İraqın hazırkı durumuna sala bilər. 

Cənubi Qafqazın Suriyası – Ermənistan 

Son vaxtlar Ermənistanda kifayət qədər İran investorları peyda olub. Hələ Hindistanı demirik. Hazırda rəsmi İrəvanla rəsmi Dehli arasında silahlanma ilə bağlı ciddi sövdələşmə gedir. Qərbsə hələik Ermənistana yağlı vədlər verir. Beləcə, Ermənistan iqtidarı öz tamahkirliyi ucbatından öz balıncının altına minalar düzür. 

Çünki, antitürk dövlətlərin hədəfi Ermənistana gəlməklə bu ölkənin iqtisadiyyatını və yaxud hərbi gücünü qaldırmaq yox,  Azərbaycan və Türkiyəyə müəyyən mesajlar verməkdirsə, Qərbin istədiyi Rusiyanın tamamilə Ermənistandan, dolayısı ilə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. 

Qeyd etdiyimiz kimi Rusiyanın Ermənistanda çox güclü iqtisadi-siyasi və hərbi dayaqları var. Təsadüfi deyil ki, Rusiyameyilli erməni generaliteti 5 ildir Paşinyan hakimiyyətinin legitimliyini qəbul etmir və hərbi müxalifət olaraq qalır. 

Bu isə o deməkdir ki, Ermənistanda qazanlar hələlik gizli qaynayır. Amma qazanların ağızınən açılması ilə Ermənistanda çox böyük vətəndaş müharibəsi və sonsuzluğa qədər uzana biləcək qarşıdurmlar başlaya bilər. 

Bu isə daha çox Suriya variantına oxşayır. Necə ki, bu gün böyük güclərin toqquşan maraqları hesabına Suriya dövləti və xalqı məhv olub gedir. Bu gedişlə Ermənistan da böyük güclərin hərbi paliqonuna çevrilə bilər. O gününsə uzaqda olmadığı çox real görünür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

End of content

No more pages to load

RADİO