“Beynəlxalq münasibətlərdə bizə qarşı ikili standartlar var” – Elçin Əmirbəyov 

“30 il ərzində heç bir beynəlxalq qurum Ermənistanın təcavüzü ilə bağlı heç bir addım atmayıb”. 

Bizim.Media xəbər verir ki, bunu Polşa televiziyasının “Həftəlik” nəşrinə müsahibəsində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib. 

“1992-ci ildə ölkəmizin bir hissəsi erməni işğalı altında idi. Lakin dünya buna layiqli cavab vermədi. Beləliklə, daha sonra oxşar ssenari Gürcüstanda, Abxaziya və Cənubi Osetiyada, eləcə də Moldovada, Dnestryanıda baş verdi. Bu gün Ukraynada müharibə gedir. Bu klassik domino effektidir. Siz bir yerdə cavab vermirsiniz və nəticədə başqa oxşar hallar yaranır. 

Bu gün biz Rusiya ilə Ukrayna arasında bütün beynəlxalq ictimaiyyətin səfərbər olmasına səbəb olan müharibəni görürük. Təəssüf ki, bizdə belə reaksiya olmadı. Belə çıxır ki, bizə qarşı beynəlxalq münasibətlərdə ikili standart var.
Təəssüf ki, 20 faiz torpaqlarımız qeyri-qanuni zəbt edildikdə, tamamilə dağıdıldıqda və bu torpaqlardan bir milyon insan etnik təmizləməyə məruz qaldıqda, öz yurd-yuvasından didərgin salındıqda biz kömək etmək və ya etiraz etmək istəyən ölkələri görmədik: Varşava, Berlin, Paris. 

Biz onlar üçün çox uzaq idik. Söhbət təkcə məsafədən getmir. Azərbaycan da, Ermənistan da Avropadadır. Biz bir çox beynəlxalq Avropa təşkilatlarının, məsələn, ATƏT, Avropa Şurası kimi qurumların üzvüyük. Söhbət beynəlxalq hüququn əhəmiyyətindən gedir. Əgər bir ölkə onları pozarsa, sonra cəzasız qalarsa və bu, heç bir nəticə verməzsə, digər ölkələr də onların da bunu bacara biləcəyini düşünəcək. Cəzasızlıq onu göstərir ki, bədxah olmaq sərfəlidir”, - deyə Elçin Əmirbəyov bildirib. 

Elçin Əmirbəyov ölkəmizin keçdiyi müstəqillik yoluna və sonrakı mərhələlərdə üzləşdiyi çətinliklərə də tarixi nəzər salıb. 

“İlk Azərbaycan Respublikası və eyni zamanda müsəlman Şərqinin ilk parlamentli respublikasının ömrü uzun sürmədi. 1918-ci ildən Qırmızı Ordunun 1920-ci ildə ölkəmizə daxil olmasına qədər - düz 23 ay davam etdi. 1991-ci ildə biz Polşa Həmrəyliyi ilə müqayisə oluna biləcək Azərbaycanın milli-azadlıq hərəkatının fəaliyyəti nəticəsində müstəqilliyimizi bərpa etdik.

Sonra 1993-cü ildə Heydər Əliyev çox çətin vəziyyətlə üzləşməli oldu. Xüsusən də, iqtisadi vəziyyət dəhşətli idi. Biz Ermənistanla müharibədə ərazilərimizin çox hissəsini təzəcə itirmişdik, ölkə vətəndaş müharibəsi astanasında idi. H.Əliyev dövlətin müstəqilliyini xilas etdi və möhkəmləndirdi, iqtisadiyyatı düzgün istiqamətə qaytardı. O, təkcə böyük şəxsiyyət deyil, həm də müasir Azərbaycanın simvoludur. Biz onu ümummilli liderimiz hesab edirik, çünki 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müasir Azərbaycan Respublikasının memarı o olub”, - deyə Elçin Əmirbəyov bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

Pekindən dünyaya mesaj? - Çin yeni nüvə gücünü göstərdi - VİDEO

Pekindən dünyaya mesaj? - Çin yeni nüvə gücünü göstərdi - VİDEO

Sərxan Əmirquliyev yeni vəzifəyə təyin edildi

Sərxan Əmirquliyev yeni vəzifəyə təyin edildi

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Astaranın iki kəndində qaz kəsiləcək

Astaranın iki kəndində qaz kəsiləcək

2026-cı ilin ən arzuolunan 5 qadın saatı – FOTO

2026-cı ilin ən arzuolunan 5 qadın saatı – FOTO

Zakir Həsənov Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar VERDİ

Zakir Həsənov Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar VERDİ

300 top atəşi, yüzlərlə şahid və bir qadının FACİƏSİ

300 top atəşi, yüzlərlə şahid və bir qadının FACİƏSİ

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Dəhşətli qəzada ölən Elmirin FOTOSU

Dəhşətli qəzada ölən Elmirin FOTOSU

Melaniya Tramp hara yoxa çıxıb? -Bu il cəmi 14 dəfə ictimaiyyət qarşısında görünüb

Melaniya Tramp hara yoxa çıxıb? -Bu il cəmi 14 dəfə ictimaiyyət qarşısında görünüb

Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

End of content

No more pages to load

RADİO