300 top atəşi, yüzlərlə şahid və bir qadının FACİƏSİ

Təsəvvür edin ki, bir qadın doğuş sancılarından qıvrılır. O, ağrı, qorxu və sıxıntı içindədir. Lakin fizioloji olaraq tələb olunan sükut və məxfilik əvəzinə, onlarla insan onun ətrafına toplaşıb.

Geniş açıq qapıların arxasında isə bayram geyimində olan nazirlər, imperiyanın ən yüksək vəzifəli şəxsləri və ruhanilər dayanıblar.Doğuşa hazırlaşan qadının yataq otağının ətrafına isə təkcə həkimlər deyil, həm də hakim ailənin üzvləri toplaşıblar.

Müasir bir qadın üçün belə bir ssenari kabusdur. 

Lakin XVIII-XIX  əsrlərin rus imperatriçası üçün bu, dəyişməz bir dövlət qanunu idi. Qəribədir ki, Rusiya İmperiyasında hakim ailədə uşağın doğulması heç vaxt intim tibbi proses sayılmayıb. Bu, hakim ailənin və saray əyanlarının canlı şəkildə izlədiyi ən yüksək əhəmiyyətli bir siyasi akt idi. 

Bəs Romanovlar niyə qadınları bütün ləyaqətlərindən məhrum edən bu qəddar protokola ehtiyac duyurdular? 

Tarixçilər bunu orta əsr vəhşiliyi yox, soyuq siyasi praqmatizm məsələsi hesab edirlər. Qanunlara görə imperatriçanın bədəni imperiyaya məxsus idi. Və onun bədəninin əsas vəzifəsi sağlam varis doğmaq idi. Bu doğuşsa yüzlərlə insanın gözü qarşısında reallaşmalıydı. Çünki genetik testlərin mövcud olmadığı o dövrdə, hakim elita həyata gələn uşağın məhz Romanovlar nəslindən oldğunu əyani şəkildə görüb inanmalıydılar. 

Üstəlik, bu şahidlər nüfuzlu mənsəb sahibləri idilər və onların sözləri ölkə daxilində böyük əhəmiyyət kəsb edirdi. 

Yada salaq ki, Rusiya tarixi yalançı çar dövrünü yaşayıb. Ona görə də Yalançı Dmitrilərin kölgəsi əsrlər boyu imperiyanın üzərində dolaşıb. Hətta uşağın dəyişdirildiyi şayiəsi dəfələrlə dövlət çevrilişinə və ya qanlı üsyana səbəb olmuşdu. 
 

Buna görə də, doğuş zamanı imperatriçanın yataq otağı hökumət idarəsinin bir filialına çevrildi. İmperator ailəsində növbəti varisin doğuş anında körpənin ağlamasını ilk eşidən, cinsini görən və dərhal qəzetlərdə dərc olunan rəsmi hesabat tərtib edən şəxssə  qonşu otaqda prosesi izləməliydi.


Çar Rusiyasının qanunlarına görə tacqoyma mərasimindən etibarən imperatriçanın bədəni toxunulmazlıq hüququndan məhrum olurdu. Və onun reproduktiv funksiyası milli xəzinə hesab edilirdi. 

Böyük Yekaterinanın travması

Bu qanunun necə işlədiyinin ən parlaq və sənədləşdirilmiş nümunəsi II Yekaterinadan qalıb. Belə ki,  1754-cü ildə Böyük Hersoq Pavel Petroviçin necə dünyaya gəldiyi bütün çılpaqlığı ilə sənədlərdə qeyd edilib.

...Doğuş gecə başladı. İmperatriça Yelizaveta Petrovna dərhal Böyük Hersoqinanın yatağının yanında peyda oldu. Yataq otağının qapıları taybatay açıq idi. İmperatordan tutmuş xanımlara qədər sarayın bütün elitası qonşu otağa toplaşmışdı. Arada pərdə belə yox idi. 

Beləcə Yekaterina taxt varisinin doğulmasını canlı mərasiminin təməlini qoydu. Pavel doğulan kimi mama onu yuyundurdu və körpəni bələk paltarına bükən Yelizaveta Petrovna onu  öz otağına apardı. Yan otaqdakı əyanlar da onun ardınca qaçdı. 

II Yekaterina öz xatirələrində yazırdı:

“Məni hamı tərk etmişdi... Mən tər və qanlar içində uzanmışdım. Kimsə olmadığı üçün səslənməyə  cəsarət etmirdim. Üç saat döşəkdə uzandım, susuzluqdan və soyuqdan ölürdüm, ta ki təsadüfi bir xidmətçi içəri girənə qədər." 

Dövlət aparatı artıq öz məhsulunu - varisini almışdı. İnkubator rolunu oynayan qadın isə həmin gecə artıq  heç kim üçün maraqlı deyildi. 

Bu vəhşi ənənə Sankt-Peterburqa varisin dəyişdirilməsi qorxusundan sığortalanmaq üçün Avropadan gəlmişdi. 

1688-ci ildə Modenalı Katolik Məryəmin ölü doğulmuş uşaq dünyaya gətirdiyi və yad bir körpənin gizlincə saraya varis kimi gətirildiyi barədə şayiələr yayıldıqdan sonra Avropa varis doğuşları üzərində nəzarəti gücləndirməyə məcbur oldu.
 

Sonradan Rusiyada bu proses ciddi şəkildə tənzimlənən bürokratik prosedur xarakterini aldı. XIX əsrə qədər, I Nikolay və II Aleksandrın hakimiyyəti dövründə qaydalar bir qədər yumşaldı. Tamaşaçılar doğuş zamanı yataq otağından çıxarıldı. Lakin mahiyyət eyni qaldı. 


İmperatriça doğuşa başlayanda sarayda həyəcan siqnalı çalınırdı. Daxili dairə - imperator, qayınanası (əgər sağdırsa) və saray mamaçası dərhal otağa toplaşırdılar. Bir az qapısı açıq qoyulan qapının arxasında isə hansısa nazir növbətçi dayanırdı. Beləcə, bu proses 1904-cü ilə qədər davam etdi. Və varis Alekseyin doğumunu qeydə alan son dövlət məmuru isə Qraf Frederiks oldu.

Doğulan körpənin cinsiyyəti necə elan olunurdu?

Uşaq doğulan kimi, mamaça və ya İmperator özü körpəni keşişə aparırdı. Nazir uşağın cinsini və diri doğulmasını vizual olaraq təsdiqləyirdi. Yalnız bundan sonra top atəşi başlayırdı.

Qaladan atılan top atəşlərinin sayı imperiyanın əsas xəbərçisi idi. 300 atəş oğlan varisin doğulmasını göstərirdi. 101 atəş isə qızın doğulmasını bildirirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid tarixi sənədlər o dövrdə sarayda hökm sürən inanılmaz gərginliyi ortaya qoyur. 

II Nikolayın həyat yoldaşı Aleksandra Feodorovna bir-birinin ardınca dörd qız dünyaya gətirəndə saray hər dəfə həyəcan içində donub qalırdı.
 

Həkimlər böyük təzyiq altında idilər. Proqnozda səhv və ya doğuşda hər hansı bir gecikmə yalnız tibbi hadisə kimi deyil, həm də siyasi böhran kimi qəbul edilirdi. Saray həkimi Yevgeni Botkin (sonradan kral ailəsi ilə birlikdə edam edildi) və çar uşaqlarını dünyaya gətirən şəxsi mama-həkim Dmitri Ott sadəcə həkim deyildilər.


Doğuş zamanı onlar aparıcı dövlət məmurlarına çevrilirdilər. Sülalənin taleyi onların qərarlarındasn asılı idi. Yeri gəlmişkən, Ott varis doğuşları zamanı antiseptik prinsiplərini tətbiq edən ilk şəxslərdən biri idi. Və o, varisi təkcə yad gözlərdən deyil, həm də onlarla vəzifəli şəxs tərəfindən saraya gətirilə biləcək infeksiyalardan qorumağa çalışırdı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

End of content

No more pages to load

RADİO